Sahibkarlığın stimullaşdırılmasında texnoparkların rolu tədqiq edilib
Tarix: 14.02.2014 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tədqiqat qrupu Qafqaz Universitetində texnoparkların innovativ sahibkarlığı stimullaşdırmasındakı rolunu beynəlxalq təcrübədə təhlil edərək apardığı tədqiqatın nəticələrinin təqdimatını keçirib. Tədqiqat Avropa, Asiya və postsovet ölkələri arasından seçilmiş Finlandiya, İsveç, İtaliya, Türkiyə, Yunanıstan,Tayvan, Yaponiya, Sinqapur, Rusiya və Qazaxıstanın təcrübələrini öyrənib. Tədqiqatın nəticələri Qafqaz Universitetinin fakültə nümayəndələri ilə paylaşılıb. Təqdimatda həmçinin QUTexnopark(Qafqaz Universiteti Texnoparkı) idarə heyətinin sədri Dr.Şahin Durmaz, QUTexnoparkın direktoru Dr. İsa Qasımov və ABŞ əsaslı konsaltinq şirkətinin(J.E. Austin Associates, Inc.) nümayəndəsi cənab Mike Ducker də iştirak edib.
Tədqiqatda texnoparkların qurulmasında dövlət dəstəyinin vacibliyi bildirilməklə, yeni texnologiya əsaslı şirkətlərin qurulmasının stimullaşdırılmasında texnoparklara qanuni və təşkilatı dəstəyin mövcudluğunun və həmçinin effektivliyinin əhəmiyyəti vurğulanıb. Əlavə olaraq, fərqli ölkələrdəki fərqli texnoparkların həcmi, maliyyə mənbələri, tərkibindəki şirkətlərin böyüklüyü və ixtisaslaşdığı sahələr kimi xüsusiyyətlər də həmçinin tədqiqatın əsas obyekti olub.
Digər ölkələrdəki texnoparkların uğur göstəriciləri təhlil edilib və bu göstəricilərə texnoparkdakı şirkətlərin aldığı patentlərin sayı, gəlirlərinin artım səviyyəsi və işçilərinin sayı daxil edilib.Təqdimatın sonunda, iştirakçılara yekun və məsləhətlər təqdim olunaraq sual-cavab hissəsinə keçilib. Daha sonra beynəlxalq təcrübəni istifadə etməklə Azərbaycanda texnoparkların inkişafı strategiyasının formalaşdırılmasını necə etmək olar sualı ətrafında müzakirə aparılmaqla təqdimat sona çatıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info