G.İvanov: “Azərbaycanla əməkdaşlıq Makedoniya üçün əhəmiyyətlidir”
Tarix: 14.02.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü əsasında keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi ilə bağlı Makedoniyanın paytaxtı Skopya şəhərində müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Makedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edərək ətraflı fikir mübadiləsi aparıb. Prezident George İvanov Azərbaycanla inkişaf edən əməkdaşlığın Makedoniya üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Bakıda dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir mərkəzin yaradılması və burada bu qədər nüfuzlu şəxsiyyətlərinin toplanaraq Şərqlə Qərb arasında itirilmiş sivilizasiyalararası dialoqun, körpünün qurulmasını təmin etməsi təqdirəlayiqdir. Müzakirələr zamanı Nizami Gəncəvinin bəşəri dəyərlərinə söykənən ideyalar əsasında yaranmış mərkəzin fəaliyyətinin Makedoniyada da aktivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər 2014-cü il ərzində Skopyada bir sıra tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Makedoniya prezidenti II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak üçün dəvəti, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə Balkan, Yaxın Şərq və Cənubi Qafqazdan başlayan mədəni əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığın qurulmasını müsbət qarşılayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info