Tələbələr iş adamları ilə görüşüb
Tarix: 14.02.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Enactus Breakfast” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Komandaların milli yarış öncəsi layihələrinə əməkdaşlar cəlb etmək və icrasına dəstək olmaq məqsədilə keçirilmiş görüşə Gənclər Fondunun nümayəndəsi, həmçinin “Nobel Oil”, “KPMG Azerbaijan”, “Agbank”, “Azsertifika”, “Ernst and Young”, “UniversialAz LLC” kimi şirkətlərin təmsilçiləri qatılıblar.
Görüşdə iştirak edən iş adamlarının arasında “Enactus” proqramının məzunları - Yasəmən Xeyirxəbərli və Nizami Yusifli də olublar.
“Enactus”un Azərbaycandakı meneceri Sərvər Cəfərov proqram və görüş haqqında məlumat verib.
Sonra tələbələr və şirkətlərin nümayəndələri arasında səhər yeməyi çərçivəsində səmimi söhbət başlayıb. Geniş müzakirələrin aparıldığı səhər yeməyinin sonunda komandalar artıq bir çox layihələrin icrası üçün əməkdaşlıq əlaqələri qurublar. Həmçinin biznes liderlər komandaların layihələrinə irad və təkliflərini bildiriblər. Ümumilikdə görüşdə 80 tələbə və 14 şirkətin nümayəndələri iştirak ediblər.
İlk sınaq məqsədilə keçirilən bu layihə uğurla tamamlanıb. Belə görüşlərin gələcəkdə də davamlı olaraq keçirilməsi qərara alınıb. Cari ilin aprelində daha çox tələbənin və iş adamının iştirakı ilə “Enactus Breakfast 2”nin keçirilməsi planlaşdırılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info