Belçikada etiraz tədbirləri başladı
Tarix: 14.02.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Belçikanın paytaxtı Brüsseldə nəqliyyat işçilərinin tətilə başlayıb. Aksiyada avtobus və tramvay sürücülərinin 80 faizi, habelə bir neçə yüz nəfər metro işçisi iştirak edir. Brüsselin ictimai nəqliyyatının operator-şirkətinin (STIB) əməkdaşları həmkarlarından birinin qatilinə qarşı məhkəmənin birmənalı olmayan hökmünə etiraz edirlər. Bu barədə İTAR-TASS məlumat verib. Məlumata görə, günorta saatlarında etirazçılar Brüsseldə Məhkəmə sarayının qarşısında toplaşacaqlar.
STIB-in müfəttişi, şirkətdə 30 ilə yaxın çalışan İlyas Tahiray 2012-ci ilin aprelində həlak olub. Sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin rəsmiləşdirilməsinə yardım edən zaman minik avtomobilinin sürücüsünün dostlarından biri yaşlı insanı vurub. Aldığı kəllə-beyin travması nəticəsində inspektor ölüb. Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib, lakin bir müddət sonra polisə gələrək günahını etiraf edib. O, faciə ərəfəsində sərxoş olub. Bu həftə elan olunan məhkəmənin qərarına görə, qatilə şərti cəza verilib. Bu hökm yerli həmkarlar ittifaqlarının ciddi narazılığına səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info