Kürdəmir də hesabat verdi
Tarix: 14.02.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
Yığıncaq iştirakçıları əvvəlcə tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə rayonda istehsal edilən 40 çeşiddən çox məhsul nümayiş etdirilib.
Sonra akt zalında rayon icra hakimiyyətinin başçısının hesabat məruzəsi dilənilib, müzakirələr aparılıb. Məruzə və çıxışlarda ötən il avqustun 7-də Prezident İlham Əliyevin Kürdəmirə tarixi səfərinin sakinlər arasında yaratdığı yüksək əhval-ruhiyyədən bəhs edilib, səfər çərçivəsində ən müasir layihə ilə yenidən qurulan Heydər Əliyev Mərkəzinin, Ağsu rayonu ərazisindən çəkilmiş içməli su xəttinin, Kürdəmir süd emalı zavodunun, rayon icra hakimiyyətinin yeni inzibati binasının açılışlarında iştirakından məmnunluq bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin respublikamızın digər bölgələri kimi, Kürdəmirə diqqət və qayğısı rayonun sosial-iqtisadi inkişaf dinamikasını təmin edən əsas amildir. Təsadüfi deyildir ki, hesabat ilində ümumi məhsul buraxılışı bir il əvvələ nisbətən 14,6 faiz artaraq 386 milyon 218 min manata çatıb.
Keçən il tikinti-abadlıq işləri üzrə 18 layihə həyata keçirilib. Prezidentin ehtiyat fondundan rayona ayrılan 2 milyon manat vəsait hesabına 6 yeni layihə üzrə işlərə başlanılıb. Ölkə başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən 14 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 28 kilometrlik Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi başa çatdırılıb. Habelə 18 kilometrlik Mollakənd-Söyüdlər yolunun inşası da yekunlaşıb, Hazırda Ağsu-Kürdəmir-İmişlı avtomagistralında tikinti işləri davam etdirilir.
Hesabat ilində bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artırılması təmin olunmuş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər görülüb.
Ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb, 7 kənddə ümumilikdə 1740 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib, əsaslı təmir edilmiş 157 çarpayılıq xəstəxana müasir tibbi avadanlıqlarla təmin olunub.
Əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsi, sahibkarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, 867 yeni iş yeri açılıb.
Hesabat yığıncağında cari ildə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb. Kənd təsərrüfatı istehsalçılarının texnika ilə təmin edilməsi, suvarma şəbəkələrinin fəaliyyətinin yaxşılaşdırılması, yeni sənaye sahələrinin yaradılması üçün sahibkarlara dəstək verilməsi və digər vacib məsələlərin diqqət mərkəzində saxlanılacağı bildirilib.
Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev hesabat yığıncağında çıxış edərək diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 19-da keçirilmiş iclasının yekunlarına, dövlətimizin başçısının proqram xarakterli nitqlərində qarşıya qoyulmuş konkret vəzifələrə yönəldib.
Hesabat yığıncağında Milli Məclisinin deputatı Fərhad Qəribov iştirak edib.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info