Aleksandr Arzumanyan:“Biz uğursuz dövlətik”
Tarix: 14.02.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Aleksandr Arzumanyan: “Rusiya bizi qonşular və fobiyalarla baş-başa buraxacaq”

Son 25 ildə Ermənistanın bütün tarixi Rusiyadan qaçmaq cəhdlərinə əsaslanır. “Armenia Today” yazır ki, bu barədə Ermənistan parlamentinin deputatı, eks- xarici işlər naziri Aleksandr Arzumanyan “Civilitas” fondu tərəfindən təşkil edilmiş müzakirədə bildirib. Ağırlaşan situasiya ilə bağlı eks-nazir özlərini günahkar bilmələrini vacib sayıb. O qeyd edib ki, Ermənistan dövlətçilik qurmağa başlayanda “regionda demokratiya adası” olub: “Amma müəyyən dövr keçdikdən sonra bir sıra neqativ məqamlar baş verdi və ölkədə bunlara göz yumuldu, nəticədə də hazırkı situasiya yarandı. Belə ki, hazırda Ermənistan digər ölkələrlə bərabərhüquqlu danışıqlar apara bilmir və öz suverenitetini itirir. Bu baxımdan Ukrayna ilə paralellər aparmaq lazım deyil. Maydan artıq hakimiyyəti dəyişib, geriyə yol yoxdur, Ukrayna artıq Avropa dövlətidir. Bizdə isə insanlar sadəcə olaraq qorxurlar. Biz dövlətçilik yarada bilmədik, biz uğursuz dövlətik.”
Ermənistanın hakim partiyasının Gömrük İttifaqına qoşulmağın Dağlıq Qarabağ məsələsində ölkənin mövqeyini gücləndirəcəyi ilə bağlı arqumentinə münasibət bildirən Arzumanyan deyib: “Gəlin, unutmayaq ki, 1993-cü ildə biz Rusiya ordusuna qarşı Qarabağda döyüşmüşük. Tarix göstərir ki, nə vaxt Rusiyaya lazım olsa, özü sakitcə gedəcək, bizi isə qonşular və fobiyalarla baş-başa buraxacaq”.
Arzumanyan bildirib ki, bütün dünyada sərhədlərə yenidən baxılması ilə bağlı mərhələ başlayıb: “O cümlədən, bu prosesə İran da cəlb ediləcək. Burada isə bizim hansı rolu oynayacağımız özümüzdən asılıdır. Bu, bizsizmi baş tutacaq, yoxsa biz “rus çəkməsi”nin ərazisinə çevriləcəyik, buraya rus bazaları daşınacaqmı, bunları zaman göstərəcək”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info