ƏƏSMN-in rəsmi internet saytında yeni bölmə yaradılıb
Tarix: 14.02.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.
Vətəndaşlar sayta daxil olmaqla «Qanunvericilik» bölməsinin «Qanunvericilik layihələri» alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda rəy və təkliflərini layiheler@mlspp.gov.az e-mail ünvanına göndərə bilərlər. Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci illər)»nın və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər 2014-cü il 03 mart tarixədək qeyd olunan e-ünvanda qəbul olunacaqdır.
«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununa («normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi») əsasən həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.






 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb
22.01.2019
DGKA Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək
22.01.2019
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik”
22.01.2019
Prezident İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub
22.01.2019
Ötən il Azərbaycana 17 milyard manatdan çox investisiya qoyulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info