Aleksis Şahtaxtinski Bakıya qayıdır
Tarix: 14.02.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə təyin olunub. ATƏT-in mətbuat mərkəzindən verilən məlumata görə, diplomat vəzifəsini martın 1-dən etibarən icra etməyə başlayacaq. A. Şahtaxtinski təyinatı ilə bağlı açıqlamasında bildirib ki, qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işgüzar əlaqələrin qurulacağına ümid edir. O bildirib ki, yeni mandata uyğun olaraq Azərbaycanın hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələri təmin edəcək. A. Şahtaxtinski ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək komandasının üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı (təhlükəsizlik, insan haqları, iqtisadi-ekoloji məsələlər) üzrə layihələrin icrası üçün təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyini söyləyib. Xatırladaq ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. Azərbaycan əsilli Aleksis Şahtaxtinski son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb. Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. A. Şahtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info