Dünyanın əksər ölkəsində Xocalı soyqırımı anılacaq
Tarix: 14.02.2014 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Dünya ictimaiyyətinin diqqətini ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımına yönəltmək məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlər, aksiyalar qətliamın 22-ci ildönümü ərəfəsində daha da aktivləşib. Avstraliyadan Amerika Birləşmiş Ştatlarınadək dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamın qurbanlarının xatirəsini anır, müxtəlif tədbir və aksiyalarla erməni vəhşiliklərini yaşadıqları ölkənin ictimaiyyətinə və xalqına çatdırmağa çalışır. Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması və qəbul etdirilməsi istiqamətində ABŞ, Kanada, Avstraliya, Almaniya, Finlandiya, Danimarka, Niderland, İsveç, Belçika, Fransa, Litva, Latviya, Estoniya, Çexiya, Macarıstan, Rumıniya, Polşa, Moldova, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Misir, İsrail, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə yürüş, mitinq, fotosərgi, elmi konfrans, debat, xatirə gecəsi kimi tədbirlər keçirilir. ABŞ-ın Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında etiraz aksiyası, Vaşinqtonda isə yürüş və Ermənistan səfirliyinin önündə mitiniqin keçirilməsi, Hyuston, Los-Anceles, San-Fransisko və digər şəhərlərdə isə fotosərgi, elmi konfrans, dəyirmi masa, anım mərasimlərinin təşkili nəzərdə tutulub. 20-ci əsrin insanlıqdan uzaq cinayəti – Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri Kanadanın Toronto, Monreal, Edmonton, Vankuver, London, Kalqari şəhərlərində də təşkil ediləcək. Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə şəhər ətrafında yürüş keçiriləcək. Edmontonda isə yerli qanunverici orqanlara müraciətlərin göndərilməsi nəzərdə tutulub. Almaniyada Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı aksiyaların keçirilməsi planlaşdırılıb. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden, Potsdam, Nürnberq, Bielfeld, Reqnsburq və digər şəhərlərdə anım mərasimləri, fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Maqdeburq şəhərində Xocalı soyqırımına həsr olunmuş avtomobil yürüşünün təşkili, həmçinin Maqdeburq şəhər televiziya kanalında “Xocalı” kitabının müəllifi Rolf Kunşun və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Nifətliyevin çıxışı, Xocalı soyqırımını əks etdirən filmin nümayişi planlaşdırılır. Berlin və Köln şəhərlərində isə hər birində iki gün olmaqla Xocalı faciəsinin canlı şahidi Səriyyə Cəfərova ilə görüş keçiriləcək, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində toplanmış imzalar Bundestaqa göndəriləcək. Drezdendə isə şəhər və şəhərətrafı avtobusların monitorlarında Xocalı soyqırımını əks etdirən kadrların nümayişi, Saksoniya kütləvi informasiya vasitələrində soyqırım materiallarının dərci nəzərdə tutulub. Fevralın 22-də Bielfeld şəhərinin mərkəzindən “Janplatze” meydanına qədər yürüş-mitinq, fevralın 26-da isə Berlində Brandenburq qapıları önündə etiraz aksiyasının keçiriləcək. Xocalı faciəsinin 22-ci ildönümü günündə Ermənistanın Belçikadakı səfirliyi qarşısında, Parisdə “Saint Michel” meydanında nümayiş keçiriləcək. Həmin gün Ankarada Azərbaycan diaspor nümayəndələrinin Türkiyə Böyük Millət Məclisində görüşləri nəzərdə tutulub. Türkiyənin Adana, İzmir, İstanbul və digər şəhərlərində isə soyqırıma həsr olunmuş tədbirlər baş tutacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info