Bakı Yay Enerji Məktəbi 2014-cü il üçün sənəd qəbulu elan edib
Tarix: 14.02.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə cari ilin 5-18 iyul tarixlərində sayca 8-ci Bakı Yay Enerji Məktəbi təşkil edəcək. Artıq Bakı Yay Enerji Məktəbi 2014-cü il üzrə sənəd qəbulu elan edib. Bu barədə “Palitra”ya ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzindən bildirilib. Sənəd qəbulunun son tarixi aprelin 23-dür. Yay Məktəbində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri, həmçinin BP, Statoil, ExxonMobil, Total, Lukoil kimi enerji şirkətlərinin nümayəndələri də iştirak edəcəklər.
Bakı Yay Enerji Məktəbi enerji, enerji hüququ, enerji iqtisadiyyatı və siyasəti, ətraf mühitə təsirlər və strateji idarəetmə kimi məsələləri əhatə edir. Proqram zamanı Xəzər hövzəsinə, xüsusilə də regional boru kəməri şəbəkəsinin inkişafı, Xəzərin hüquqi statusu və bu kimi digər mühüm məsələlərə xüsusi diqqət ayrılır. Proqram kursu ərzində ekoloji məsələlər, eləcə də gəlir və resursların idarə edilməsi məsələləri də xüsusi olaraq vurğulanır.
Hər il Bakı Yay Enerji Məktəbi Azərbaycan, eləcə də Xəzər regionunun digər ölkələrinin ictimaiyyət və özəl sektor liderlərinin görüşməsi və müzakirələri üçün geniş imkan yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info