Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd edilib
Tarix: 14.02.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Fevralın 15-də Serbiyada Dövlətçilik Günü kimi bayram edilir.
1835-ci ilin həmin günündə müstəqil Serbiyanın Sreten Konstitusiyası adlanan, vətəndaşların əsas azadlıqlarını və knyazların hakimiyyətinin məhdudlaşdırılmasını elan edən ilk demokratik konstitusiyası qəbul olunub.
Fevralın 14-də Serbiyanın Azərbaycandakı səfirliyində Dövlətçilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç çıxış edərək ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. O, qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan və Serbiya arasında münasibətlərin daha da möhkəmlənməsinə kömək edir. Z.Vayoviç deyib: “Hazırda Serbiya-Azərbaycan münasibətlərinin müqavilə-hüquq bazasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr çərçivəsini müəyyənləşdirən 26 beynəlxalq müqavilə var. 2010-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi bir neçə milyon avro səviyyəsində olduğu halda, 2013-cü ildə bu göstərici 40 milyon avroyadək artmış, layihə-tikinti sahəsi, mühəndislik, obyektlərin daxili və xarici təchizatı üçün müxtəlif avadanlıq və materialların tədarükü və quraşdırılması daxil olmaqla isə 60 milyon avroya çatıb. Serbiya və Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil olmaqla beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərərək beynəlxalq arenada bir-birini dəstəkləyir”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info