Gəncədə AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib
Tarix: 14.02.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Gəncədə Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin səyyar iclası keçirilib. İclasda AMEA prezidenti Akif Əlizadə, vitse-prezidentlər İbrahim Quliyev, Tofiq Nağıyev, İsa Həbibbəyli, akademik Əhliman Əmiraslanov, AMEA-nın akademik katibi Rasim Əliquliyev və digər əməkdaşlar, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, universitetlərin rektorları və müəllimləri, elmi-tədqiqat institutlarının alimləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Səyyar iclasda AMEA-nın Gəncə Bölməsinin ötən ilki fəaliyyət müzakirə edilib. AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda müasir elmin inkişafından danışıb, Gəncə bölməsinin istiqamətləri haqqında məlumat verib. Gəncə bölməsinin akademik katibi Fuad Əliyevin hesabat xarakterli çıxışı dinlənildikdən sonra görülən işlər qənaətbəxş hesab edilib, hesabat təsdiq olunub. İclasda AMEA Gəncə bölməsinin nəzdində fəaliyyət göstərən institutların elmi-tədqiqat işlərinin planları, doktoranturaya qəbul və s. məsələlər də müzakirə edilib. Rəyasət Heyətinin üzvləri AMEA-nın Gəncə bölməsinin nəzdində yaradılan institutların əhəmiyyətindən danışıb, elmin inkişaf yollarından bəhs ediblər.
Qeyd edək ki, Gəncə Regional Elmi Mərkəzi Azərbaycan prezidentinin 19 dekabr 2012-ci il tarixli sərəncamı ilə AMEA-nın Gəncə bölməsi kimi təsis edilib və nəzdində 7 institut fəaliyyət göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info