“əl-Cümhuriyyə”də Elmar Məmmədyarovun müsahibəsi dərc edilib
Tarix: 14.02.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Misirin nüfuzlu və yüksək tirajlı qəzeti olan "əl-Cümhuriyyə"də xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi dərc edilib.
E.Məmmədyarov müsahibəsində Azərbaycanla Misir arasında zəngin tarixi əlaqələrin mövcud olduğunu, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra münasibətlərin daha da genişləndiyini vurğulayıb. Nazir siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərin qarşılıqlı anlaşma, siyasi məsləhətləşmələr, ikitərəfli görüşlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla müşayiət olunduğunu diqqətə çatdırıb. Həmçinin E.Məmmədyarov Azərbaycan və Misirin qlobal problemlər və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ümumi baxışları paylaşdıqlarını qeyd edib.
Azərbaycan və Misir arasında iqtisadiyyat və ticarət sahələrində, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini deyən xarici işlər naziri kənd təsərrüfatı, turizm və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli potensialın olduğunu qeyd edib.
Müsahibədə E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesində oynadığı rol barədə ətraflı məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info