“Aztelekom” ilə “Nec Corporation” memorandum imzaladı
Tarix: 14.02.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Fevralın 14-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi ilə Yaponiyanın “Nec Corporation” şirkəti arasında əməkdaşlıq memorandumu imzalayıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, memorandumu “Aztelekom” İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev, “Nec Corporation” şirkətinin Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno imzalayıblar.
Tədbirdə Zahir Vəliyev “Aztelekom” İstehsalat Birliyinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər və həyata keçirdiyi işlərlə bağlı məlumat verib.
Vurğulanyıb ki, sənədə əsasən, “Aztelekom” gələcəkdə milli genişzolaqlı internetin inkişafı üzrə həyata keçirəcəyi layihələrdə “Nec Corporation” şirkətinin texnologiyalarından istifadə edəcək.
Masahiro İkeno isə şirkətinin informasiya və telekommunikasiya texnologiyalarının inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etdiyini deyib.
Sonda Yaponiya şirkətinin nümayəndələri mobil və optik şəbəkələr vasitəsilə unifikasiya edilmiş xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş həllərdən səsli rabitə və internet xidmətlərinin təşkili ilə yanaşı, sosial xidmətlərin, o cümlədən təhsil, tibb, dövlət xidmətlərinin göstərilməsinə imkan verən İMC-NEC texnologiyasının təqdimatını keçiriblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info