Əli Kərimlinin adı “Xədicənin hesabatı”na niyə düşməyib?
Tarix: 14.02.2014 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “AXCP sədrinin rəhbərlik etdiyi “Yurd”un adı dəfələrlə xüsusi xidmət orqanları ilə hallanıb”

Son günlər casusluq qalmaqalı yenidən gündəmə gəlib. Müxalifət adına xoşagəlməz olayları ortaya çıxaran bu qalmaqalda isə sual doğuran hallar kifayət qədərdir. Sözügedən məsələ isə cəmiyyətdə kifayət qədər ajiotaj yaradıb. Eynulla Fətullayevin tədqiqatları əsasında Xədicə İsmayılovanın başqa ölkənin xüsusi xidmət orqanlarına verdiyi hesabat kimi təqdim olunan bu siyahı meydana çıxandan sonra ortaya bir neçə maraqlı sual çıxdı. Ən aktual sual isə hazırda budur ki, bu siyahıda niyə məhz əvvəllər hakimiyyətə işləyib daha sonra xarici xüsusi xidmət orqanlarına işlədiyi bəlli ollan Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimlinin adı hallanmayıb? Nədən dəfələrlə bəzi qaranlıq keçmişi olan siyasətçilərlə və təşkilatlarla əlaqədə olduğu sübut olunmuş AXCP sədri haqqında bu hesabtda bir cümlə belə yer almayıb?
Məsələyə münasibət bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli bu sualın doğrudan da maraqlı məqam olduğunu dedi. O, ümumilikdə hansısa sirrlərin başqa dövlətlərə ötürülməsinin mənfi addım olduğunu düşünür: “Bir jurnalistin bu qədər geniş spektrdə-MTN, DİN və digər vəzifəli şəxslərlə əlaqədə olan şəxslər guya ifşa etməsi maraqlı məqamdır. Sual olunur ki, Xədicə İsmayılova bu məlumatları haradan aldı? Məxfi əlaqələr varsa, bu gizli bağlılıqlardısa, bunu adi jurnalist asan əldə edə bilməzdi axı. Deməli o özü burada hansısa bir kəşfiyyat məlumatı alıb və bu məlumatlar əsasında belə iddialar irəli sürüb. Ya da jurnalist öz mülahizələrini həqiqət kimi təqdim edir. Yəni, bu siyahının özü bir qədər şübhə yaradır. Digər məsələ və bu problemin ən dəhşətli tərəfi odur ki, Xədicə İsmayılova bu siyahını Azərbaycan ictimaiyyətinə açıqlaya bilərdi və ya işlədiyi Azadlıq radiosuna təqdim edə bilərdi. O bunu mətbuatımıza, parlamentə, MTN-ə də verə bilərdi. Nə üçün bu məlumat başqa dövlətə təqdim olunur və Azərbaycan üçün arzuolunmaz imic formalaşdırılır? Hesabatların xarici kəşfiyyat orqanlarına verilməsinə nə səbəb ola bilər axı? Suallar çoxdur. Özü də belə addımlar qanunlarımıza daban-dabana ziddir. Hətta qanunvericilikdə belə məsələ var ki, hətta hansısa sirrlər varsa, bunu açmağın özü bir hüquq pozuntusu sayılır. İkinci bir tərəfdən bunun mənəvi-siyasi tərəfi də var axı. Ola bilər ki, sən iqtidara və ya iqtidardakı şəxslərə, hökumətə və ya müxalifətə nifrət edə bilərsən. Amma heç bir halda sən öz xalqından, öz hökumətindən başqa dövlətə şikayət etməyin, hesabatlar verməyin düzgün sayılmır. Bu ilk olaraq qanunlarımıza ziddir. Azərbaycan müstəqil, suveren dövlətdir. Əlbəttə bu məsələlər araşdırılsa yaxşı olar. Deyə bilmərəm ki Eynulla və ya başqası haqlıdır. Sadəcə belə məsələlər ictimai qınağa səbəb olur”.
Tahir Kərimli deyir ki, burada ən çox diqqəti çəkən məsələ isə odur ki, siyahıda AXCP sədrinin adı keçməyib: “İddia olunur ki Xədicə İsmayılova Yurd cəmiyyətinin üzvü olub. Buna misal olaraq deyə bilərəm ki, Qüdrət Həsənquliyev də Azadlıq radiosunda çıxışı zamanı bunu onun üzünə deyib. Qısası o Əli Kərimliyə yaxın bir adamdır və onun təşkilatının üzvüdür. Çox qəribə səslənir ki, beynəlxalq təşkilatlarla və xüsusi xidmət orqanları ilə də Yurdun və onun rəhbərinin adı hallanıb. Belə olan halda nə üçün bu təşkilatdan heç kimin adı ora düşməyib? Yalnız AXCP-nin düşməni olan şəxslər, bu partiya ilə ciddi şəkildə dartışan, müqavimət göstərib onlarla razılaşmayan insanların adı bura düşüb. Ona görə də hesab edirəm ki, burada nə qədər obyektivlikdən danışılsa da, hesabatı həqiqət hesab etsə də Xədicə İsmayılova hesabatın bir hissəsini gizlətməməli idi. Belə yarımçıq həqiqət heç kimə lazım deyil və şübhə oyadır qərəz də öz sözünü deyir. Hər halda bu məlumatlar üzə çıxıb. Onun nə dərəcədə düz olub olmamasını araşdırmaq lazımdır. Müxalifət güc mərkəzi kimi çıxış etmirdi bu isə onların sosial bazasına daha da təsir edəcək. Xalq bunları daha yaxşı tanıdı”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info