ADA Universitetinin rektoru ilə onlayn forum keçirilib
Tarix: 14.02.2014 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda ilk dəfə olaraq ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev sosial mediada gənclərin suallarına cavab verib. “Palitra”nın ADA Universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ADA Universiteti, tələbələr üçün təklif edilən bakalavr və magistr proqramları, Universitetin strukturu, beynəlxalq əlaqələri, tədris proqramları və digər sahələri əhatə edən sualları cavablandıran rektor eyni zamanda, təhsil islahatları və ADA Universitetinin regionun inkişafı üçün lazım olan gənc liderlər nəslinin yetişdirilməsində oynadığı rolu vurğulayıb: "Forumun keçirilməsində əsas məqsəd gəncləri maraqlandıran suallarla yaxından tanış olmaq, onların tələb və təkliflərini dəyərləndirməkdir". Sonda rektor bütün forum iştirakçılarına aktiv iştirak və suallara görə təşəkkür edib.
Qeyd edək ki, ADA Universiteti 1 oktyabrdan 2014/2015-ci akademik il üçün diplomatiya və beynəlxalq münasibətlər və ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna start verib. Sənədləri təqdim etmək üçün son tarix 15 aprel 2014-cü ildir. Bununla yanaşı, ADA Universitetinin Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlanıb. Maastrixt Menecment Məktəbi ilə birgə tədris edilən bu proqrama sənədləri təqdim etmək üçün son tarix 1 aprel 2014-cü ildir.
ADA Universiteti bu ildən etibarən əyani, beynəlxalq MBA proqramına da start verib. Biznesin idarə edilməsi üzrə bu magistratura proqramında təhsil 18 ay ərzində, işləyənlər üçün uyğun qrafikdə aparılacaq. Sənəd qəbulu artıq başlayıb və 1 may 2014-cü ilə qədər davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info