“Ağ yol“ “Facebook”da yeni kampaniyaya başladi
Tarix: 14.02.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


"Ağ Yol" Vətəndaş Hərəkatı yeni sosial kampaniyaya start verir. "Smart Telefonunu Sosiallaşdır!" adı ilə başlanan kampaniya smartfon telefon istifadəçilərini aktiv əməkdaşlığa dəvət edir. Smart telefonlar bir çox özəlliklərə sahibdir.
Ancaq biz bunun nə qədərini istifadə edirik? Təkcə mesaj yazmaq, zəng etmək və sosial şəbəkələrdən özəl istifadə? Smart telefonlarımızı istifadə edərək sosial şəbəkələrdə niyə də daha çox sosiallaşmayaq ki? Sosial şəbəkə istifadəçiləri eyni zamanda smartfon istifadəçiləridir. "Ağ Yol" Vətəndaş Hərəkatı da bunu nəzərə alaraq, cəmiyyətimizi insanlarımızın gözü ilə göstərməyin daha səmərəli olacağını hesab edir. Smartfon və sosial şəbəkələrin birgə fəaliyyəti olduğumuz zamandan və məkandan asılı olmayaraq, şahidi olduğumuz hadisələr, təəccüblü və gülməli olayları, maraqlı əhvalatları görünütüyə alaq və sürətlə yüzminlərlə insana çatdıraq.
Qəza hadisəsi gördüz? -Smartfonunuzu götürün və çəkin!
Cibgirlik hadisəsinə şahid olduz? -Smartfonunuzu götürün və çəkin!
Metroda kiminsə ürəyi getdi? -Smartfonunuzu götürün və çəkin!
Piyadanı maşın vurdu? -Smartfonunuzu götürün və çəkin!
Svetafor işləmir və tıxac yaranır? -Smartfonunuzu götürün və çəkin!
Avtoşlar avtoxuliqanlıq edir? -Smartfonunuzu götürün və çəkin!
Küçələrdə gülməli elanlar gördüz? -Smartfonunuzu götürün və çəkin!
Toy mərasimlərində sürpriz olaylar görürsüz? -Smartfonunuzu götürün və çəkin!
Yas mərasimlərində ayinlər düz icra edilmir? -Smartfonunuzu götürün və çəkin!
Həyatın istənilən sahəsində maraq yarada biləcək hadisələri smart telefonunuzla qeydə alın və "Ağ Yol"a göndərin. Şəkillər üçün məhdudiyyət yoxdur. Video-görüntülərin isə 3 dəqiqədən çox olmaması tövsiyə edilir. Maraqlı zəncirvari hadisələr baş verirsə və çəkilən videolar maraqla izlənəcəksə, o zaman məhdudiyyət aradan qalxır. Çəkdiklərinizi bizə yollayın. Göndərdiyiniz materiallar sizin müəllif hüquqlarınız (tam adınız və soyadınız qeyd olunaraq) göstərilməklə 246 minlik “Facebook” səhifəmizdə və 560 minlik “Facebook” qrupumuzda bütün Azərbaycana və dünyaya tanıdılacaq. Biz başlayırıq. Siz də bizimlə başlayın. Maraqlı foto və video-görüntülər yollayan izləyicilərimizi hədiyyələr gözləyir. Tezliklə müxtəlif müsabiqələr də təşkil ediləcək. Çəkin, göndərin, paylaşaq - sosiallaşaq! Qoy smart telefonlarımız xalqımıza xidmət etsin!

"Ağ Yol" Vətəndaş Hərəkatı
Mətbuat Xidməti
+994 51 583 86 09
+994 55 684 06 36
+994 70 618 55 13




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir
17.07.2019
Paytaxtda 3 tam orta məktəbin köhnə korpusları sökülərək yenidən tikiləcək
17.07.2019
Azərbaycanda qoruqlarla bağlı yeni qaydalar təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info