Hindistan parlamentində debatlar dava ilə nəticələnib
Tarix: 14.02.2014 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Hindistan parlamentində ölkədə yeni ştatın yaradılmasına dair keçirilmiş qızğın debatlar dava ilə nəticələnib.
“Rossiya 24” telekanalının xəbərinə görə, deputatlardan biri hətta “bibər qazı”ndan istifadə edib. Nəticədə, davanın səbəbkarı da daxil olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib. Məlumata görə, mübahisənin təşəbbüskarı Andxra Pradeş ştatından yeni Talanqana ştatının ayrılmasını nəzərdə tutan qanun layihəsini irəli sürmüş hakim Hindistan Milli Konqresinin keçmiş üzvüdür. Bu məsələnin ətrafında qızğın mübahisələr artıq bir neçə ildir ki davam edir. Qeyd edək ki, mübahisənin səbəbkarı Hindistan parlamentinin ən zəngin deputatıdır. Yerli KİV-lərin məlumatına görə, o, ölkənin şərqindəki müəssisələrə böyük sərmayələr yatırır və Telanqana ştatının yaranacağı təqdirdə milyonlarla itki ilə üzləşə bilər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info