Sabiq konqresmen Snoudenin əfvi üçün çağırış edib
Tarix: 14.02.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


ABŞ-ın sabiq konqresmeni Ron Paul Rusiyada sığınacaq müddəti başa çatmaqda olan Edvard Snoudenin vaxtından əvvəl Amerikaya qaytarılmasına təminat vermək üçün imzatoplama kampaniyasına başlayıb.
O, ölkə vətəndaşlarını da onun bu təşəbbüsünə dəstək omağa və özünün şəxsi veb-saytına ərizə ilə müraciət etməyə çağırış edib.
“Edvard Snouden NSA-nın casus proqramlarını dünyaya aşkar etməklə, vətəndaşlığını gəlir mənbəyi naminə qurban verib. Bir insanın cəsarətli addımları sayəsində, amerikan xalqı artıq öz ölkəsinin casusluq fəaliyyəti barədə bilgi əldə edib”. Bunları Ron Pol veb-saytında yerləşdirdiyi videomüraciətində bildirib.
Ron Paul bu çağırışla Amerika dövlətindən Snoudenin evə qayıtmasını, bir növ, tələb edir: “Amerikaya qayıtmaq, heç bir təqib qoxusu, nəzarət altına alınmadan öz ölkəsində yaşamaq Snoudenin haqqıdır”.
Qeyd edək ki, Paul ABŞ-ın tanınmış siyasətçilərindəndir. O, 1997-2013-cü illərdə ABŞ Konqresində çalışıb və iki prezident yarışmasının iştirakçısı olub.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info