Fərdi jurnalist yazıları müsabiqəsinə yekun vuruldu
Tarix: 15.02.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü-ci il üçün qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bununla bağlı qeyd edib ki, ötən il noyabrında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında keçrilən görüşün yekununda "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazı müsabiqəsi elan edilib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında əvvəlcə Binəqədi rayonunun sosial iqtisadi inkişaf göstəricilərinə toxunub, rayonun tərəqqisinin getdikcə daha dinamik xarakter aldığını bildirib. Daha sonra fondun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli fondun 2009-cu ildə Prezidentin müvafiq fərmanı ilə yaradıldığını diqqətə çatdırıb: “Cənab Prezidentin media işçilərinə yüksək qayğısının növbəti real nümunəsi kimi jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam da xüsusi qeyd edilməlidir. Xatırlatmaq istərdim ki, keçən ilin iyulun 22-də, Mətbuat Günündə Prezidentin iştirakı ilə Bibiheybət qəsəbəsində media işçiləri üçün inşa olunmuş binanın açılışı keçirilib və burada 156 media təmsilçisinə tam təmirli mənzillər təqdim olunub. Elə həmin gün jurnalistlər üçün 17 mərtəbəli, 3 girişli daha bir binanın təməli Prezident tərəfindən qoyulub və burada inşa edilən mənzillər gələn il sahiblərinə təqdim olunacaq”.
Vüqar Səfərli fondun mövcud fəaliyyətindən də bəhs edərkən diqqətə çatdırıb ki, hazırda fond tərəfindən 34 gündəlik və həftəlik qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Fondun əsas fəaliyyət istiqamətlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən fərdi jurnalist yazı müsabiqələrinin keçirilməsidir: "Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə ötən ilin sonunda daha bir belə müsabiqə təşkil edilmişdi. Burada bir məqamı da qeyd edim ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ötən il həm də media ilə münasibətlərində müsbət mənada fərqlənən icra başçılarından oldu. Məhz bu səbəbdən Xaləddin İsgəndərov fondun xüsusi diplomu ilə təltif edilib. Ötən ilin noyabrın 6-da Binəqədi Rayon İcra Hakimiyyətində baş redaktorlarla keçirilən görüşün nəticəsi olaraq "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqə elan olunub. Müsabiqəyə ümumilikdə 45 jurnalist yazı təqdim edib. Yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qalib müəyyənləşdirilib. Bundan əlavə 13 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb”. Daha sonra qaliblər mükafatlandırılıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info