“Azərbaycan regionun inkişaf edən dövlətinə çevrilib”
Tarix: 15.02.2014 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan nüfuzlu “The Wall Street Journal” nəşrində Meqan Konueyin “Azərbaycanın qədim paytaxtı Bakının yüksəlişi” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə deyilir ki, onilliklər boyu davam edən sovet hakimiyyətindən sonra Bakı yüksək sürətlə modernləşir və mədəni irsini XXI əsrin üslubuna uyğunlaşdırır.
Müəllif UNESCO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhərlə bağlı təəssüratlarını bölüşərək yazır ki, burada o, qədim mədəniyyətin şahidi olub, nadir binalar, küçələr, məscidlər və xalçalar görüb. Sonra M.Konuey Şirvanşahlar sarayını Bakının dağlıq hissəsində ucalan müasir “Flame Towers” (“Alov qüllələri”) kompleksi ilə müqayisə edir. Müəllif yazır ki, ölkə müxtəlif mədəniyyətləri ahəngdar şəkildə mənimsəmək iqtidarındadır. Azərbaycan bütün tarixi boyu Makedoniyalı İsgəndərin, monqolların, Osmanlı, İran və Rusiya imperiyalarının istilasına məruz qalıb. O, Şərqlə Qərbin arasında, İslamla xristianlığın, Avropa ilə Asiyanın qovuşuğunda, mədəniyyətlərin kəsişməsində yerləşir. 1991-ci ildə yenidən müstəqil dövlət olan Azərbaycan neft satışından əldə edilən gəlirlərindən istifadə edərək, regionda iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilib. Demokratik islahatları həyata keçirmək, şəffaflığı təmin etmək üçün ölkə hökuməti təbii ehtiyatların istismarı və satışından əldə edilən gəlirlərin haqq-hesabını aparan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə - ölkə, şirkət və QHT rəhbərlərinin qlobal koalisiyasına qoşulub. Sonra müəllif ötən əsrin əvvəllərində Bakının Avropa arxitektorlarının layihələri əsasında yaradılan tarixi memarlığından, Heydər Əliyev Mərkəzi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi kimi Bakını bəzəyən müasir binalardan söz açır. “Flame Towers” və Heydər Əliyev Mərkəzi kimi nəhəng layihələrlə bərabər, müasir incəsənətin genişlənməkdə olan birliyini dəstəkləyən “YARAT!” kimi qeyri-hökumət təşkilatı da fəaliyyət göstərir. Sonda Meqan Konuey vurgulayır ki, Azərbaycan rəhbərliyinin səyləri sayəsində ölkə regionun inkişaf edən dövlətinə çevrilib. Azərbaycan Heydər Əliyevin prezidentliyi dövründə imzalanan və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə nəticələnən “Əsrin müqaviləsi”ndən başlamış qaz yataqlarının istismarınadək öz enerji qüdrətini artırmaqda davam edir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info