Tələbəmiz on minlərlə indoneziyalıya Xocalı haqda danışdı
Tarix: 17.02.2014 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümünün anım mərasimi keçirilib. İndoneziyada təhsil alan azərbaycanlı tələbə, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərovun “Palitra”ya verdiyi məlumata görə, "İstiqlal" məscidində cümə və camaat namazları zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak ediblər.
"İstiqlal" məscidində cümə namazı zamanı Elmar İskəndərov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş on minlərlə adama geniş məlumat verib və onları Azərbaycanın haqq işinə dəstək olmalarına və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb dua etmələrinə çağırıb. Camaat namazları zamanı "İstiqlal" məscidində təxminən 120 min insan iştirak edir. Cümə namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər E.İskəndərova yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyib və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər. Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info