Sosial şəbəkələrdə gənclərin fəallığı artırılacaq
Tarix: 17.02.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2013-cü ilin illik yekununa həsr olunan hesabat xarakterli konfransı keçirilib. “Palitra”nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ARGTMŞ sədri Şahin Seyidzadə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər təşkilatlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ARGTMŞ-ın fəaliyyətini yüksək qiymətləndirərək, Şuranın kadr potensialının formalaşdırılmasındakı rolundan danışıb. Qeyd olunub ki, ARGTMŞ bir məktəb kimi gənclərin fəaliyyətinin əlaqələndirilməsində, gənc kadrların hazırlanmasında mühüm rol oynayır. ARGTMŞ-ın sədri Şahin Seyidzadə çıxışında təşkilatın ötənilki strateji hədəfləri, yerli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti və proqramları haqqında məlumat verib. Həmçinin, 2014-cü il üçün müəyyən edilmiş prioritet istiqamətlər haqqında danışıb: "ARGTMŞ bu gün dövlətçilik maraqlarını qoruyur və Azərbaycan gəncinin beynəlxalq platformada iştirakını təmin edir. 2014-cü ildə ARGTMŞ-nin yeni hədəfləri var. İnanıram ki, bu hədəflərə uğurla nail olunacaq".
O, həmçinin ötən il qazanılan uğurlarda Şuranın hər bir üzvünün böyük əməyinin olduğunu qeyd edərək cari ildə də bu istiqamətdə önəmli nailiyyətlərə imza atılacağına əminliyini bildirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, müstəqilliyin ilk illərində müstəqil gənclər təşkilatlarının imkanı çox zəif idi və hətta özlərinin müstəqil qərargahları da yox idi: "Yəni, təşkilatların birləşməsinə çox böyük ehtiyac vardı. Hərçənd ki, həmin vaxtlarda bəzi təşkilatlar gənclər təşkilatının yaradılmasını istəmirdilər və bu ideyanı gözdən salmağa çalışırdılar. Beləliklə də, uzun sürən müzakirələrdən sonra 1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatının təsisçiliyi ilə ARGTMŞ yaradıldı. Həmin dövrdə Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına daha çox mənəvi dəstək verirdi. Ancaq bu gün ölkədə gənclər təşkilatlarına ayrılan maliyyə xeyli artıb. Məhz bunun nəticəsidir ki, bu gün gənclər təşkilatları böyük layihələr həyata keçirə bilirlər. İnanıram ki, illər ötdükcə ARGTMŞ və ona üzv olan təşkilatlar daha böyük layihələrlə ölkəmizi təmsil edəcəklər".
Daha sonra çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli isə vurğulayıb ki, bu gün bütün dövlət qurumlarında gənclər çalışır. Onların yeni təfəkkürləri daim inkişafa yol açır: “Elə saytlar, “Facebook” səhifələri var ki, onlar gənclərimizi pis yola çəkirlər. Bu gün onların da qarşısını almalıyıq. Bu bazanın yaranması istiqamətində də biz ARGTMŞ ilə əməkdaşlıq etməliyik”. MŞ-nin baş katibi Seymur Hüseynov ötən il ARGTMŞ-ə 32 gənclər təşkilatının üzv qəbul olduğunu və beləliklə üzvlərin sayının 104-ə çatdığını bildirib. Baş katib ötən ilin yekunlarına həsr olunmuş hesabat məruzəsində bildirib ki, ARGTMŞ-ın öz məqsəd və vəzifələrinə nail olmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (gənclər) strategiyası qəbul edilib. Vurğulanıb ki, “3G” strategiyası özündə üç əsas prioritet istiqaməti birləşdirir və gəncləri əhatə edir. Əsas prioritet istiqamətlərə gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması və gənclər təşkilatları institutunun gücləndirilməsi daxildir. ARGTMŞ-ın baş katibi 2014-cü il üçün prioritet istiqamətləri açıqlayaraq bildirib ki, cari ildə gənclər siyasətinə dəstək verilməsi davam etdiriləcək. Bu baxımdan könüllülük fəaliyyətinin genişləndirilməsi, gənclər və gənclər təşkilatları şəbəkəsinin gücləndirilməsi, sosial şəbəkələrdə gənclərin fəallığının artırılması əsas istiqamətlər seçilib. Gənclərin əməkdaşlıq imkanlarının artırılması da bu il prioritetlərdən olacaq, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dövlət-ictimai biznes sektorları arasında əlaqələrin gücləndirilməsi istiqamətlərində müvafiq addımlar atılacaq. Gənclər təşkilatları institutunun gücləndirilməsinin də davam etdiriləcəyini deyən S.Hüseynov bildirib ki, gənclər təşkilatlarının bacarıqlarının artırılması, onlara yeni imkanların yaradılması, ARGTMŞ-ın gənclər platforması kimi gücləndirilməsi bundan sonra da davam etdiriləcək.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxış edərək deyib ki, bu gün təhsilə, səhiyyəyə və digər layihələrə ayrılan yardımlar elə gənclərə sərf olunur: "ARGTMŞ qısa bir zamanda Avropaya inteqrasiya oluna bildi. Avropalılar da ARGTMŞ-ni gənclər təşkilatları üçün yaradılmış ən gözəl model adlandırdılar. ARGTMŞ-nin yaranmasına mane olmaq istəyən təşkilatlar bu gün gənclər meydanında yoxdurlar. Artıq ARGTMŞ-nin dəstəyi nəticəsində yüzlərlə Azərbaycan gənci xarici tədbirlərdə iştirak edərək ölkəmizi təmsil edirlər. ARGTMŞ Gənclər və İdman Nazirliyinin ən öndə gedən tərəfdaşlarından biridir. Mən düşünürəm ki, gənclər siyasətinin inkişafında ARGTMŞ-nin da öz töhfəsi var".
Tədbirdə verilən məlumatlar disk və kitabça formasında qonaqlara təqdim edilib. Həmçinin mərasimdə 2013-cü ildən hazırlıq işlərinə başlanılan “www.nayora.az” saytının təqdimatı da keçirilib.
Daha sonra ARGTMŞ məclisinin 2014-cü il üçün ilk toplantısı işə başlayıb. Məclisdə Şuraya üzv olmaq istəyən yeni təşkilatların təqdimatları keçirilib, onların üzvlük məsələlərinə baxılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info