“Milli İstiqlal və Turan aşiqi” adlı dəyirmi masa keçiriləcək
Tarix: 17.02.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Fevralın 21-də saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş “Milli İstiqlal və Turan aşiqi” adlı dəyirmi masa və sərgi təşkil olunacaq. Sərgidə ilk dəfə olaraq Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadənin, tarixçi Ədalət Tahirzadənin və sənətşünas Ziyadxan Əliyevin şəxsi arxivindən 30 ədəd fotoşəkillər, müxtəlif kitablar və sənədlər nümayiş olunacaq.
Dəyirmi masada Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor, filologiya elmləri doktoru Şamil Vəliyev, tədqiqatçı Azər Turan, Əli bəy Hüseynzadə irsinin ilk tədqiqatçısı Ofeliya Bayramlının oğlu, Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi Etibar Yolçuyev, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan teatr tənqidçisi Məsməxanım Qubadova çıxış edəcəklər. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinin ailə üzvləri, tarixçilər, tələbələr, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info