Drezden nəqliyyat vasitələrində Xocalı videoçarxları
Tarix: 17.02.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir. Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqrımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix 26.02.1992 yazılır. Daha sonra „Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır“, „Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8“, „Azərbaycana qarşı insanlıq faciəsi“ yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək.
Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərasimi də təşkil olunub. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra tədbirdə Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov və xanımı D.Weisgerber almanca çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və qəbul etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin hazırda işğalçi Ermənistanın başında duran Sarkisyanın bu soyqırımda bilavasitə iştirakı və törətdiyi insanlığa sığmayan cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməyi qəti şəkildə pisləyib. Qeyd edək ki, Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info