ABŞ-da 13 yaşından başlayaraq ən azı 22 nəfəri öldürən qadın yaxalandı
Tarix: 17.02.2014 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


CNN: “Miranda Barbur satanizmdə şübhəli bilinir”
CNN xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatından olan, noyabrda kişilərin öldürülməsində günahlandırılan qadın qəzetə müsahibəsində daha çoxlu adam öldürdüyünü bildirib. Qeyd edək ki, qadın qurbanlarla “Craigslist” saytı vasitəsilə tanış olurmuş. Hakimiyyət təmsilçiləri CNN-ə bildiriblər ki, onlar qadının şokedici bəyanatı ilə bağlı araşdırma aparırlar.
Təhqiqata yaxın olan və hüquq-mühafizə orqanlarını təmsil edən mənbə bildirib ki, Miranda Barburun (qatil) bu yeni açıqlaması “tamamilə real ola bilər”. Öz adını açıqlamaq istəməyən mənbə bildirib ki, qadının açıqlamasının doğruluğu mümkündür.
Qeyd edək ki, həbsxanada olan 19 yaşlı Barbur “Daily Item” qəzetinə bildirib ki, ötən 6 ildə o, Texasda, Alyaskada, Şimali Karolinada və Kaliforniyada minimum 22 qətldə iştirak edib: “Mən 22 sayına çatandan sonra saymaqdan vaz keçdim”. O, əlavə edib ki, cinayətlərin baş verdiyi bütün yerləri xəritədə göstərə bilər. Sanberinin polis rəisi Stiv Mazzeo CNN-ə bəyan edib ki, təhqiqatçılar FTB və Barburun yaşadığı bir neçə ştatın hüquq-mühafizə orqanları ilə əlaqəli çalışırlar. Mazzeo əlavə edib ki, bütün ipuclarını tədqiq edirlər, çünki protokola əsasən bu cür araşdırmaq lazımdır.
FTB bəyan edib ki, özünün bu tədqiqatda iştirakı miqyası bardə danışmaq hələ tezdir: “Filadelfiyadakı FTB bölməsi az öncə Sanberinin polis idarəsi ilə əlaqə yaradıb və o, bu işdə lazım gələn bütün köməkliyi göstərəcək”.
Barbur isə iddia edib ki, Alyaskada satanist sektasının üzvü olandan sonra, 13 yaşından başlayaraq adam öldürməyə başlayıb. Hüquq-mühafizə orqanlarındakı başqa bir mənbə isə bildirib ki, müvafiq qurumlar Barburun açıqlamasını və onun satanizmlə əlaqəsini diqqətlə tədqiq edirlər. Barburun dövlət müdafiəçisi olan Eduard Qreko isə bildirib ki, öz müştərisinin müsahibə vermək niyyətindən xəbəri olmayıb. “Daily Item”in məlumatına görə, Barbur özü müsahibə vermək xahişilə çıxış edib. Onun müsahibəsi Nortumberlend dairəsindəki həbsxanada lentə yazılıb. Müsahibə götürən müxbir Frensis Skarsella CNN-ə deyib ki, ona özü ilə bloknot və ya hansısa yazıcı vasitə götürməyə icazə verməyiblər. O bildirib ki, polis müsahibə götürüləndən sonra onun necə götürüldüyü barədə lenti dinləməyə icazə verib. Barbur deyib: “Mən hiss edirəm ki, bütün bunların açılmasının zamanı gəlib. İnsanların buna inanıb-inanmaması mənim vecimə də deyil. Mən sadəcə, hamısını danışmaq istəyirəm”.
Qreko isə Barburun dediklərinin dəqiqliyi və həqiqiliyi barədə heç bir şərh vermək istəməyib.
Təhqiqatçılar hesab edirlər ki, “Craigslist” saytı vasitəsilə Barbur minimum 30 kişi ilə görüşü təşkil edib. Polisdən olan mənbənin dediyinə görə, polis bu kişiləri tapmağa çalışır. Birillik Barburun atası o vaxt vəfat edibmiş. Sanberi polisi deyir ki, onun ölümü də təhqiqat predmetinə çevrilib.
Müdafiəçi Qrekonun sözlərinə görə, “Craigslist” də təhqiqat prosesindədir və məhkəmənin vaxtı hələ təyin edilməyib. Bu işdə Miranda Barburu və onun əri 22 yaşlı Elit Barburu bir neçə ittiham gözləyir ki, onların içində ölüm ittihamı da var.
Barburları onda ittiham edirlər ki, “Craigslist” saytında seksual tanışlıq məqsədilə 42 yaşlı Troy LaFerraranı tovlayıblar və 2013-cü il noyabrın 11-də onu boğmaq və bir neçə bıçaq zərbəsi vurmaqla öldürüblər. Cəmisi 3 həftədir evli olan və ölüm törədən bu cütlük sadəcə kimisə birlikdə öldürmək məqsədilə bunu ediblər. Bu barədə polis məlumat verib. Nikah bağlayandan sonra onlar Şimali Karolinadan Pensilvaniyaya gəliblər. Elitt Barbur polisə bildirib ki, arvadı ilə birlikdə başqa adamları da öldürmək istəyiblər, amma onlarda heç nə alınmayıb.
Miranda Barbur “Daily Item” qəzetinə bildirib ki, hər şeyi xatırlayır: “Laferraranın ölümü bizim birlikdə törətdiyimiz ilk qətl olub. Hər şey kinodakı kimi baş verdi”. Barbur onu da bildirib ki, onlar qurbanla “Craigslist” vasitəsilə tanış olublar və 100 dollar müqabilində intim əlaqə barədə razılaşıblar. Bundan sonra isə qadın Laferrara ilə ticarət mərkəzinin dayanacağında görüşüb və onunla özünün qırmızı krossoveri olan “Honda CR-V”də gediblər. Polisin dediyinə görə, qadın ön oturacaqda oturmuş kişiyə 20 bıçaq zərbəsi vurub, əri isə arxadan qurbanın boğazından yapışaraq boğub. Qurbanın cəsədi noyabrın 12-də Sanberidəki evlərdən birinin arxa həyətində tapılıb.
Sanberi - Filadelfiyadan 160 kilometr şimal-qərbdə yerləşən kiçik bir şəhərdir. Hüquq-mühafizə orqanları nümayəndələrinin dediklərinə görə, onları Barburların yanına qurbanın son telefon zəngi gətirib. Miranda Barbur “Daily Item”ə bildirib ki, ağlının aşınmasını hiss etmir və onda qurbanlarına görə peşmançılıq hissi yoxdur, çünki o, ancaq “pis adamları” öldürüb: “Əgər məni azadlığa buraxsalar, yenə də belə edərəm”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info