Etirazçılar Kiyevdəki barrikadaları sökməyə başlayıb
Tarix: 17.02.2014 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


“Avromaydan” fəalları iki ay yarım əvvəl ələ keçirdikləri Kiyev Şəhər Administrasiyasının binasını boşaldıblar. Bu addım aksiyalar zamanı saxlanmış 234 müxalifətçinin hamısının Ukrayna hakimiyyəti tərəfindən azad edilməsinə cavab olaraq atılıb.
Bununla, hakimiyyət və müxalifət Ali Rada tərəfindən yanvarın 29-da qəbul edilmiş “Amnistiya haqqında” qanunda nəzərdə tutulan müddəaları yerinə yetirib. Müxalifətçilər Kiyev Administrasiyasının binasında təmizlik işləri aparıb, əşyalarını “Oktyabr” sarayına və “Ukrayna Evi”nə yerləşdiriblər. Bununla belə, fəallar etirazlarını Kiyev Administrasiyası qarşısında davam etdirəcəklər. Bundan başqa, “Amnistiya haqqında” qanuna uyğun olaraq, müxalifət qüvvələri Ternopol, İvano-Frankovsk, Lvov və Poltava vilayətlərinin Administrasiya binalarının mühasirəsini də aradan qaldırıb. Etirazçılar Kiyevin mərkəzində yerləşən Qruşevski küçəsində barrikadaları sökməyə başlayıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info