Şeyx Nəsrullah Suriyada müharibəyə son qoymağa çağırdı
Tarix: 17.02.2014 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


"Hizbullah"ın radikal şiə qrupunun lideri Şeyx Həsən Nəsrullah ərəb ölkələri rəhbərlərinə müraciətlə çıxış edib.
O, çıxışında Suriyadakı müharibəni dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu, regionda xaosun qarşısını almaq üçün yeganə yoldur, “Əgər siz regionda onilliklər ərzində davam edəcək xaosun qarşısını almaq istəyirsinizsə, onda Suriyadakı müharibəni dayandırmalısınız” müraciəti ilə çıxış edən şiə lideri, bundan əlavə, o, Suriya ərazisindən bütün xarici silahlı qüvvələrin çıxarılmasını da tövsiyə edib. O, əlavə olaraq bildirib ki, əgər dövlət başçıları onun məsləhətinə əməl edərsə, "Hizbullah" qüvvələri ölkəni tərk etməyə hazırdır. Şeyx regionda döyüşən xaricilərə xitabən, ölkəni tərk etməyə, Suriya xalqının öz müqəddəratını özü həll etməyə, həmrəyliyə nail olmağa çağırıb. Bununla yanaşı, ölkə prezidenti Bəşər Əsəd rejimininə dəstək verən Şeyx Həsən Nəsrullah üsyançılardan hakimiyyəti zəbt etməməyi tövsiyə edib. Bu arada radikal şiə liderlərindən olan Müqtəda əs-Sədr siyasətdən getdiyini bəyan edib. Parlament seçkilərinə iki ay qalmış atdığı addımı sürpriz kimi qarşılayan o, həmkarlarına siyasi fəaliyyətinə müdaxilə etməməyi məsləhət görüb.
Qeyd edək ki, Suriyada müxalifət ordu komandiri general Salim İdrisi Abdel İllyahi əl-Bəşirlə əvəzləyib.
Müxalifət nümayəndələri bu qərarı Bəşər Əsəd rejiminə qarşı “Suriya inqilabçılarının üzləşdiyi çətinliklər”lə izah ediblər. Mütəxəssislər isə bunu başlıca səbəb kimi, müxalifət qüvvələrinin uğursuzluğu ilə əlaqələndirirlər. Qeyd edək ki, hakimiyyət və müxalifət qüvvələri arasında silahlı qarşıdurma 2011-ci ilin martından davam edir. Bu müddət ərzində ölkədə 100 mindən çox adamın həyatını itirib və BMT-nin son məlumatlarına görə, təxminən dörd milyon suriyalı, qaçqın həyatı yaşayır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info