Laoslu gənclər Azərbaycanda təhsil almaq istəyirlər
Tarix: 17.02.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov bu ölkənin baş naziri Thonqsinq Thammavonq ilə görüşüb. Azərbaycan ilə Laos arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə baş nazir Thonqsinq Thammavonq A.İmanovu Azərbaycanın Laosdakı səfiri təyin olunması münasibətilə təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin tarixən mövcud olduğunu qeyd edərək, hələ Sovet İttifaqı dövründə bir çox laoslu gəncin Azərbaycan universitetlərində təhsil aldıqlarını vurğulayıb. Baş nazir iki ölkə arasında ənənəvi dostluq əlaqələrinə əsaslanan əməkdaşlığı inkişaf etdirməyin vacibliyini diqqətə çatdırıb.
Səfir A.İmanov təbrikə görə təşəkkürünü bildirib və ölkələrimiz arasında əlaqələrin bundan sonra fəallaşacağına ümid etdiyini diqqətinə çatdırıb.
A.İmanov bildirib ki, Azərbaycan Laos ilə əməkdaşlıqda maraqlıdır və iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün böyük potensial var. O, Azərbaycanın Cənubi Qafqaz regionunda və beynəlxalq arenada apardığı siyasət barədə məlumat verib, ölkəmizin qlobal enerji təhlükəsizliyinə böyük töhfəsi olduğunu və Avropada bir sıra investisiya layihələri həyata keçirdiyini diqqətə çatdırıb. Səfir Azərbaycan ilə Laos arasında ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Baş nazir öz növbəsində Laosun Azərbaycan ilə qeyd olunan sahələr üzrə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb və iki ölkə arasında münasibətləri inkişaf etdirmək məqsədilə gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, təhsil sahəsində tarixən mövcud olan əməkdaşlığın müasir dövrdə də davam etdirilməsinin vacibliyini qeyd edib və laoslu gənclərin Azərbaycanda təhsil almaları üçün münasib şəraitin yaradılmasını xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info