Arnold Stepanyan: “Azərbaycan Gürcüstan üçün çox vacib tərəfdaşa çevrilib”
Tarix: 17.02.2014 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Gürcüstanın birgə cəlb olunduğu beynəlxalq layihələrin sayı da artmaqdadır. Amma təəssüf ki, Ermənistan belə layihələrə cəlb olunmur. Ermənistana heç bir iqtisadi maraq yoxdur”

“Son10 ildə Gürcüstanla Azərbaycan arasındakı münasibətlərdə kifayət qədər tərəqqi müşahidə olunub. Mixail Saakaşvilinin hakimiyyəti illərində Azərbaycan Gürcüstan iqtisadiyyatına çox böyük investisiya yatırıb. Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksək templə inkişaf etdiyi vaxtda, Ermənistan münasibətlərin yaxınlaşması prosesində passiv mövqe tutub”.

Bu sözləri “Birinci İnformasiya” agentliyinə açıqlamasında “Çoxmillətli Gürcüstan” ictimai hərəkatının rəhbəri Arnold Stepanyan bildirib. Stepanyan açıqlamasında bildirib ki, Azərbaycan Gürcüstan üçün çox vacib tərəfdaşa çevrilib: “Bunun üçün tərəflər böyük həcmdə resurs sərf edirlər. Eyni zamanda Azərbaycan və Gürcüstanın birgə cəlb olunduğu beynəlxalq layihələrin sayı da artmaqdadır. Amma təəssüf ki, Ermənistan belə layihələrə cəlb olunmur. Ermənistana heç bir iqtisadi maraq yoxdur.

“Əgər regionun ilk səfərini Azərbaycana edən prezident Marqvelaşvili Ermənistana gəlməsə, bu, o deməkdir ki, Gürcüstan üçün Ermənistanla münasibətlər o qədər də ciddi əhəmiyyət kəsb etmir və onlar ermənilərə bundan artıq diqqət
ayırmayacaqlar”


Əslində Ermənistan Gürcüstan üçün qonşu-müttəfiq, böyük potensiala sahib olan diaspor baxımından maraq kəsb etməlidir, amma bundan istifadə edilmir. Vəziyyət elə həddə gəlib çatıb ki, bu gün Ermənistanın qarşılıqlı əməkdaşlığın inkişafı üçün Gürcüstana təklif edə biləcəyi heç bir sahə yoxdur. Bütün bu amilləri nəzərə alanda Gürcüstan-Azərbaycan yaxınlaşması daha məntiqidir”. Ekspert bildirib ki, Ermənistan-Gürcüstan münasibətlərinin inkişafı üçün rəsmi İrəvan çox əmək sərf etməli, ciddi addımlar atmalıdır: “Bəlkə də Ermənistan tərəfi bu haqda fikirləşir və ya addımlar atır, amma onların faydası görünmür. Əgər regionun ilk səfərini Azərbaycana edən prezident Marqvelaşvili Ermənistana gəlməsə, bu, o deməkdir ki, Gürcüstan üçün Ermənistanla münasibətlər o qədər də ciddi əhəmiyyət kəsb etmir və onlar ermənilərə bundan artıq diqqət ayırmayacaqlar”. Gürcüstan parlamentinin erməni deputatı Fedor Torosyan isə bildirib ki, son iki ildə Gürcüstanın xarici siyasət məqsədləri dəyişib: “Şübhəsiz ki, bu gün Gürcüstanın Ermənistanla münasibətləri Azərbaycan və Türkiyə ilə olan səviyyədə deyil. Bunun obyektiv səbəbləri var. Unutmaq lazım deyil ki, Ermənistan Gömrük İttifaqına, Gürcüstan isə Avropa İttifaqına doğru istiqamət götürüb. Gürcüstan üçün Azərbaycan və Türkiyənin strateji tərəfdaş olması daha məntiqə uyğundur. Ermənistanın Gürcüstana təsir rıçaqı yoxdur. Gürcüstan Ermənistandan fərqli olaraq kommunikasiya xətlərinin üstündə yerləşir. Ermənistanı Gürcüstanın etibarlı tərəfdaşı hesab etmək olmaz. Yəni, İrəvan Tiflis üçün ciddi tərəfdaş təəssüratı yaratmır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info