Tehranda qətnamə qəbul edilə bilər
Tarix: 17.02.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 9-cu sessiyasında iştirak etmək üçün İranda səfərdə olacaq. Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər: "Tehranda keçiriləcək İƏT Parlament İttifaqının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətləri başçılarının çıxışları, o cümlədən spiker Oqtay Əsədovun çıxışı nəzərdə tutulub". A.Təvəkküloğlu qeyd edib ki, səfər zamanı Milli Məclisin sədri O.Əsədov İran parlamentinin sədri Əli Laricani, eləcə də sessiyada iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək. Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcək. Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxildir. Sessiyanın sonunda müzakirələrin yekunu olaraq Tehran Bəyannaməsi qəbul ediləcək.
Qeyd edək ki, təşkilatın daimi komitələri artıq fevralın 15-dən öz işinə başlayıb. Milli Məclisin deputatları bu tədbirlərdə iştirak edirlər. Komitələrin iclaslarında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, Fələstin, Kipr və Kəşmirdə vəziyyət, üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, İslam dünyasında uşaq və gənclərin müdafiəsi, qeyri-müsəlman ölkələrində İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info