Rusiyada rüşvət ittihamı ilə həbs olunanlar…
Tarix: 17.02.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


…33 faizi səhiyyə, 10 faizi isə təhsil sahəsində
çalışanlardır


“Rusiyada rüşvət cinayətinə görə həbs olunanların əksəriyyəti bələdiyyə və ictimai sektorda çalışanlardır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Konstitusiya Məhkəməsinin sədri Vyaşeslav Lebedev bildirib.
O deyib ki, 2013-cü ildə rüşvət ittihamı ilə tutulanların böyük bir hissəsi 10 min rubldan az (300 ABŞ dolları) məbləğdə pul aldıqlarına görə həbs olunublar: “Onların çoxu bələdiyyə və ictimai sektorda çalışanlardır. Rüşvət ittihamı ilə həbs olunanların 33 faizi səhiyyə, 10 faizi isə təhsil sahəsində çalışan şəxslər olub. Rusiyada rüşvət alan məmurların sayı 2010-cu ildən bu günə qədər 24 faizdən 14 faizə qədər azalıb. Korrupsiya ittihamı ilə həbs olunanlar barəsində pul cəriməsi hökmü çıxarılması halları isə 12 faizdən 67 faizə qalxıb”.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Təhlükəsizlik və Korrupsiya qarşı Mübarizə Departamentinin sədr müavini Sergey Solopov keçən ilin ilk 9 ayında rüşvət və korrupsiya ilə bağlı 45 min cinayət işinin açıldığını bildirib. O, dövlət büdcəsindən yeyintinin 500 milyon dollardan çox olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info