Şəkidə 4500 müəllimin tibbi müayinədən keçməsi gözlənilir
Tarix: 18.02.2014 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilən uğurlu daxili və xarici siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Bu siyasətin, həyata keçirilən sosial-iqtisadi layihələrin ən yüksək zirvəsində insan amili, əhalinin sosial həyatının yaxşılaşdırılması durur.
Son vaxtlar insanların həyatında çox böyük dəyişikliklər baş verib. Onların məşğulluğunun təmin olunması üçün yüz minlərlə yeni iş yeri açılıb. Ancaq açığını demək lazımdır ki, iş şəraitimiz nə qədər yaxşılaşsa da, insanlarda özünə qarşı biganəlik də get-gedə artır. Ən son anda həkimə müraciət etmək artıq bizdə vərdişə çevrilib. Belə bir məqamda Prezident İlham Əliyevin insanların sağlamlığı ilə bağlı çağırış etməsi, təşəbbüs irəli sürməsi, müvafiq qurumlara tapşırıqlar verməsi dövlətimizin başçısının Azərbaycan vətəndaşına diqqət və qayğısının ən parlaq təzahürüdür.
Bu sözləri tibbi müayinədən keçmək üçün konsultativ poliklinika şöbəsinə gələn Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova müsahibəsində deyib.
Şöbə müdirinin bildirdiyinə görə, aksiya çərçivəsində 4500 nəfərə yaxın müəllimin və 1500-dək texniki işçinin müayinədən keçməsi nəzərdə tutulub. Bütün kollektivlər əvvəlcədən tərtib olunmuş qrafik üzrə müayinədən keçəcəklər. Müəllimlər sağlam və gümrah olmalıdırlar ki, dərsləri yüksək səviyyədə tədris edə bilsinlər.
S.İsmayılova bu qayğıya görə Şəkinin çoxminli təhsil işçiləri adından dövlətimizin başçısına minnətdarlıq edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info