Bakı Ali Neft Məktəbində “açıq qapı“ günü keçirilib
Tarix: 18.02.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində "açıq qapı" günü keçirilib.
BANM-dən “Palitra” verilən məlumata görə, ali məktəbin tələbələrinin valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov valideynlərə ali məktəbin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. E. Qasımov bildirib ki, əldə etdiyi yüksək nailiyyətlərə görə BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və ali məktəblər arasında mütləq lider olub. ARDNŞ rəhbərliyinin diqqət və qayğısı sayəsində ali məktəbdə tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayan rektor, qeyd edib ki, zəngin maddi-texniki bazaya malik olan Bakı Ali Neft Məktəbi dünyanın bir sıra nüfuzlu təhsil ocaqları ilə sıx əməkdaşlıq etməkdədir.
E.Qasımov qeyd edibr ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələridir. Bu məqsədlə BANM-in tələbələri ARDNŞ-in müxtəlif müəssisələrində təcrübə keçirlər. Təbii ki, bu amil də nəzəri biliklərin təcrübə prosesində daha da möhkəmlənməsinə gətirib çıxarır. Rektor valideynlərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini də vurğulanıb.
Sonra 2013-2014 akademik ilinin ilk semestrinin yekunları barədə məlumat verən Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva bəzi statistik məlumatları diqqətə çatdırıb. O bildirib ki, ötən semestr imtahanları Böyük Britaniyanın Heriot-Vatt Universitetindən gəlmiş professor heyəti tərəfindən qiymətləndirilib. Beləliklə "Kimya mühəndisliyi" ixtisası üzrə 56 tələbə "Emal sənayeləri A", "Mühəndisliyin əsasları A", "Kimyanın əsasları", "Mühəndislər və alimlər üçün riyaziyyat 1" fənləri üzrə keçirilən semestr imtahanlarında iştirak edib.
S.Musayeva qeyd etmişdir ki, imtahanlar hər iki ali məktəbdə eyni vaxtda keçirilmiş və imtahan nəticələri müsbət olub. Belə ki, BANM üzrə ümumi orta bal "Emal sənayeləri A" fənni üzrə 62.50, "Mühəndisliyin əsasları A" fənni üzrə 76.75, "Kimyanın əsasları" fənni üzrə 58.16, "Mühəndislər və alimlər üçün riyaziyyat 1" fənni üzrə 82.98 bal təşkil edib.
O bildirib ki, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə də 56 tələbə semestr imtahanlarında iştirak edib. Bu ixtisas üzrə BANM-in ümumi orta balı "Emal sənayeləri A" fənni üzrə 62.59, "Mühəndisliyin əsasları A" fənni üzrə 78.05, "Kimyanın əsasları" fənni üzrə 58.93, "Mühəndislər və alimlər üçün riyaziyyat 1" fənni üzrə 82.18 bal təşkil edib. O qeyd edib ki, keçirilən bütün imtahanlarda Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universitetindən daha yüksək nəticə əldə edib. Görüş çərçivəsində BANM-in rektoru Elmar Qasımov, ali məktəbin rəhbərliyi və valideynlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info