Verilmiş kreditlərin həcmi 26,0 faiz artıb
Tarix: 18.02.2014 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvarda 2013-cü ilin dekabr ayı ilə müqayisədə 0.2 faiz, o cümlədən xidmət tarifləri 0.9 faiz ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri 0.2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib.
Dövlət Statistika Komitəsinnin məlumatına görə, 2013-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri isə 0.2 faiz bahalaşıb.
Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb.
Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6.2 faiz yüksələrək 423.0 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olub.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19.5 mlrd. manat vəsait daxil olub, büdcədən 19.1 mlrd. manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351.1 mln. manatlıq profisit ümumi daxili məhsulun 0.6 faizinə bərabər olub.
2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 mlrd. manat məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 mlrd. manatı uzun müddətli olub. Kreditlərin 792,8 mln. manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 mlrd. manata çatıb.
Yanvarda milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info