“Ermənilərin ölkələrini tərk etməsi Xocalıdakı soyqırımı intiqamının nəticəsidir”
Tarix: 18.02.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


"Azərbaycanın uğurlu siyasəti nəticəsində Ermənistan blokada şəraitində saxlanılır. Bu gün insanlar aclıq səbəbindən Ermənistanı kütləvi şəkildə tərk edirlərsə, bu Azərbaycan Prezidentinin Xocalıdakı soyqırıma görə aldığı intiqamın nəticəsidir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı yönəlmiş vəhşilikdir: "Xocalıdakı soyqırımı azərbaycanlıların gözünün odunu almaq, qarşıdan gələn işğalları asanlaşdırmaq, digər tərəfdən də Azərbaycan xalqının ruhunu, iradəsini sındırmaq məqsədilə ermənilər tərəfindən törədilmişdi. Üstündən 22 il keçməsinə baxmayaraq, bu hadisə hər birimizin qan yaddaşında silinməz iz buraxıb. Ermənilərin hadisədən dərhal sonra videooperatoru həmin əraziyə buraxması əvvəlcədən düşünülmüş planın bir hissəsi idi. Onlar istəyirdilər ki, Azərbaycan xalqı bu vəhşiliyi görsün və qorxub vahiməyə düşsün. Bu, düşünülmüş, əvvəlcədən planlaşdırılmış idi. Azərbaycan xalqının vahiməyə salınması yolları planlaşdırılmışdı. Əvvəlcədən planlaşdırılmış şəkildə bir millətin fiziki cəhətdən qırılması hadisəsi isə soyqırımı adlanır".
E.İskəndərov bildirib ki, bu gün Azərbaycanın haqq səsinin, Xocalı həqiqətlərinin dünyaya çatdırılması ümummilli məsələyə çevrilib: "Bu işin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə Prezident İlham Əliyevin fəaliyyətində də Xocalı soyqırımının dünyada tanıdılması, ədalətin yer alması xüsusi yer alır. Bu məsələ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də müxtəlif beynəlxalq arenalarda cəsarətlə səsləndirilib".
Komitə sədri qeyd edib ki, bu gün aparılan "Xocalıya ədalət" kampaniyası nəticəsində Xocalıda şəhid olanların qanı yerdə qalmayacaq. Artıq bir çox dövlətlər və təşkilatlar tərəfindən Xocalıda baş verən hadisələrin soyqırımı olması qəbul edilib.
E.İskəndərovn əlavə edib ki, hər bir soydaşımız Azərbaycanın milli vəhdəti, milli maraqları baxımından Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ədalətin bərqərar olması üçün əlindən gələni əsirgəməməlidir: "Bizim əsas çağırışımız vətənpərvərlik ruhunda böyüyən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə hazır olan vətəndaşın yetişdirilməsidir. Bizi bu işlərdən yayındıran, xarici qüvvələr tərəfindən idarə edilən şəxslərin çağırışlarına uymamalıyıq. Gənclərimiz xarici dövlətlərdəki hərbi münaqişələrdə yox, Qarabağın azadlığı uğrunda canlarından keçməyə hazır olmalıdırlar. Bizim din xadimlərimiz də dindarlarımızı düzgün istiqamətdə yetişdirməlidirlər"
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info