Nyu-York küçələrində Xocalı ilə bağlı elektron tablo
Tarix: 18.02.2014 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


ABŞ-da fəaliyyət göstərən Azərbaycan - Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına start verib. Bu barədə Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə “XOCALI... Azərbaycana qarşı bəşər faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, meydanlara yerləşdirilir. Mobil proyeksiya vasitəsilə Xocalı soyqırımı haqda məlumatlar mərkəzi küçələrdə yerləşən binaların divarları üzərində elektron tablolarda əks olunur. Anar Məmmədov bildirib ki, ictimai maarifləndirmə kampaniyası bir neçə həftə ərzində davam edəcək. Ənənəvi mətbuat vasitələri olaraq, qəzetlərdə məqalə və redaktə qeydləri yer aldığı halda “Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrdə də yazılar dərc olunacaq və müzakirələr aparılacaqdır. Aksiyanın gedişatı, video- və fotohesabatlar, məqalə, redaktə qeydləri, hadisələrə dair məlumat və kampaniyanın sosial şəbəkə komponentlərinə keçidlərini Azərbaycan - Amerika Alyansının aşağıdakı internet səhifəsindən əldə etmək olar: “www.azerbaijanamericaalliance.org”. Qeyd edək ki, Azərbaycan - Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info