Təbrizdəki baş konsulumuz İranın Qərbi Azərbaycan vilayətinə səfər edib
Tarix: 18.02.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinə səfər edib.
Ə.Əlizadə vilayətin yeni valisi Qurbanəli Səadətlə görüşmüş, onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan-İran əlaqələrinin inkişafında Qərbi Azərbaycan vilayətinin də önəmli rolundan söhbət açılıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan vilayəti arasındakı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Həmçinin Qərbi Azərbaycan vilayəti ilə əlaqələrin daha da inkişafı, görüşlərin vaxtaşırı təşkili, müştərək iqtisadi, mədəni, elmi layihələrin həyata keçirilməsinin davam etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş konsul səfər çərçivəsində İranın Ali Dini Rəhbərinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi, Urmiyanın imam cüməsi Seyid Mehdi Qureyşi, İran Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Qərbi Azərbaycan vilayətinin Ədliyyə Təşkilatının baş direktoru Təvəkkül Heydəri ilə də görüşlər keçirib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info