Prezident Monako Knyazı II Albert ilə görüşüb
Tarix: 18.02.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşüb. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert Prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırlayıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə edib. Dövlət başçısı Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info