Xədicə İsmayılovanın iç üzü ortaya çıxır
Tarix: 18.02.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Əhməd Oruc: “Xarici dairələr Azərbaycanda ayrı-ayrı şəxsləri ələ almağa çalışırlar”

Bir neçə gündür ki, qalmaqallı jurnalist Xədicə İsmayılovanın “Facebook” səhifəsində sensasion sənəd yerləşdirməsi barədə xəbər mətbuatın gündəmini zəbt edib. Maraq üçün bildirək ki, jurnalist iddia edir ki, bu sənədi ona 2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş işçisi ötürüb. Həmin vaxt əlində sənəddə yazılanların düzgünlüyünü təsdiqləyən sübut olmadığı üçün ictimailəşdirməyib.
Əslində isə məsələnin mahiyyəti tamamilə fərqlidir. Hətta əgər ona belə bir sənəd göndərilsəydi belə, Xədicə İsmayılovanın onu zamanında yayması real görünməzdi. Çünki sənəddə özünün də yaxınlığı ilə seçildiyi AXCP-dən söz açılır. Bütün siyasətçilər də dəfələrlə bu sual üzərində baş sındırıb ki, qalmaqal yaradan bu sənəd nədir axı? Bir qədər də ətraflı məlumat verərək qeyd edək ki, sənəddə göstərilir ki, AXCP-dən olan bir müxalifətçi dövlət qurumlarından biri tərəfindən ələ alınıb. Maraqlıdır ki, jurnalist sənədi yaymazdan əvvəl, ələ alınan müxalifət fəalının adının üstünü oxunmaz edib. Yazıdan məlum olur ki, həmin şəxs, barəsində çəkilmiş video görüntüdən kompromat kimi istifadə olunmaqla ələ alınıb. Öhdəliyi isə bu olub - o, müxalifət arasında parçalayıcı, dağıdıcı təsir göstərəcək və informator rolunu oynayacaq. Xədicə İsmayılovanı Amerika kəşfiyyatına işləməkdə ittiham edən, araşdırmaçı jurnalist Eynulla Fətullayev isə hesab edir ki, həmkarı bu sənədi yaymaqla, həm də ötən həftələrdə Birləşmiş Ştatlar senatının nümayəndələrinə, hakimiyyətlə əlaqə quran müxalifət nümayəndələrinin siyahısını təqdim etdiyini təsdiqləmiş olur. Maraqlıdır ki, Eynulla Fətullayev Xədicə İsmayılovanın müxalifətin durumu ilə bağlı xarici ölkələrin xüsusi xidmət orqanlarına hesabat xarakterli məlumat ötürdüyü barədə məlumat yaymasından sonra jurnalist bunu inkar etdi. Amma üstündən bir həftə keçməmiş, Xədicə İsmayılova özü müxalifətdən kiminsə “verbovka” olunması ilə bağlı əlində sənəd olması barədə xəbər yaydı. Bundan əlavə, Xədicə İsmayılova onun senat nümayəndələri ilə görüşünün olması xəbərinin də doğru olduğunu təsdiqləyib: “Art Qardendə görüş olub. Ölkədə baş verənlər barədə söhbət olub, mən də demişəm, nə baş verir ölkədə, amma kimin kimə işlədiyi, müxalifətin iqtidara, iqtidarın müxalifətə işlədiyi barədə olmayıb”.
Xatırladaq ki, jurnalist Xədicə İsmayılovanın bu görüşdə, həmin şəxslərə hakimiyyətlə əlaqələr quran 100-dən çox müxalifət, vətəndaş cəmiyyəti, QHT, KİV orqanının adı olan hesabat təqdim etdiyi iddia olunur. Qısası, özünü də çaş-baş duruma salıb əməlləri ilə fəaliyyətini ifşa edən jurnalistin nə yolun yolçusu olduğu artıq cəmiyyətə aşkar şəkildə bəlli olur. Görünür, bu səbəbdəndir ki, artıq ictimai fikri çaşdırmağa çalışan Xədicə İsmayılova ilə bağlı cinayət işi də açılır. Bu barədə o özü, sosial şəbəkələrdə məlumat paylaşıb. Onun yazdığına görə, Baş Prokurorluqda onun yaydığı sənədlə bağlı Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, ötən gün Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib. “Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”, - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Məsələyə münasibət bildirən Azadlıq Partiyasının sədri Əhməd Oruc müxalifətin də adının hallandığı bu qalmaqalların hələ çox uzana biləcəyini dedi: “Açığı, son olaylar o qədər də arzuolunan məcrada cərəyan etmir. Əslinə qalsa, burada ciddiyə alınası məsələ yoxdur. Çünki hələ ki, bütün məsələlər ehtimallar üzərində qurulur və son yayılan sənədin isə MTN-ə məxsus olması inandırıcı görünmür. Müxalifətin durumu onsuz da ürəkaçan deyildi. Bu məsələlərin ortaya atılmasından sonra onların sosial bazası daha da zəifləyə bilər. O ki, qaldı konkret olaraq jurnalistin öz dilindən deməsinə ki, “Bəli, mən həmin ABŞ-dan gələn şəxslərlə məlum restoranda görüşlər keçirmişəm, amma heç bir hesabat verməmişəm”, burada sadəcə bir məsələyə diqqəti çəkmək olar ki, Xədicə İsmayılova “Azadlıq” radiosunda işləyir. Bu radio isə ABŞ-a bağlı bir KİV orqanıdır. Ola bilər ki, həqiqətən də bu görüşdə sadəcə onların öz daxili məsələləri müzakirəyə çıxarılıb. Amma istənilən halda əgər bu hesabat baş veribsə, qınanmalıdır. Hamıya bəllidir ki, böyük dövlətlər Azərbaycanda ayrı-ayrı şəxsləri ələ almağa çalışırlar. Həmin şəxslər isə bir çox hallarda məlumatlı insanlar olurlar. Buna görə də bu məsələnin belə rezonans doğurması bir qədər qəribə görünür. Belə olaylar bütün dünyada baş verir, o cümlədən də Azərbaycanda. Əli Kərimlinin adının nədən hesabata salınmaması və son MTN sənədi olayında AXCP-dən olan şəxsin adının silinməsinin təsadüfi addım olub-olmamasına gəldikdə isə burada demək olmaz ki, kimsə bilərəkdən məsələləri cəbhəçilərdən uzaqlaşdırır. Ancaq yenə də deyirəm ki, gərək hər şey qanunla sübut olunsun ki, biz də öz konkret fikirlərimizi deyə bilək. Məlum olan isə budur ki, Baş Prokurorluq da bu məsələni nəzarətə götürüb. Hələlik isə mülahizələr və ehtimallar öz sözünü deyir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info