“The Washington Post”: “Rusiya telekanalları ABŞ-ı amansız düşmən kimi göstərir”
Tarix: 18.02.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Rusiya teleproqramında ABŞ-la Rusiyadakı satqınlıq arasında əlaqə göstərilir. Bazar ertəsi “Rusiya 1” telekanalı Olimpiadanın yayımlanmasına ara verib ki, “Satqınlığın biokimyası” filmini nümayiş etdirsin. Bu barədə “The Washington Post” qəzetində müxbir Uill İnqland bildirir. O, kinayə ilə əlavə edir: “Filmdə əsas baş rollardan biri ABŞ-dır”.
Filmdə aşılanır ki, ABŞ Rusiyaya qarşı həmişə amansız psixoloji müharibə aparıb və indi də aparır. Çünki ABŞ Rusiya Federasiyasının yıxılmasını istəyir.
Qəzet qeyd edir ki, ABŞ-ın amansız düşmən kimi göstərildiyi filmdə o da nümayiş etdirilir ki, Olimpiadanın qaynar vaxtında beynəlxalq harmoniyanın pozulmasına cəhdlər edilir, halbuki bir neçə gün öncə Putin Soçidəki Olimpiadada yerləşən “Amerikan evi”ni dostcasına ziyarət etmişdi. Müəllif daha sonra qeyd edir: “Rusiya dövlət televiziyasında antiamerikanizm bir normadır, amma Olimpiadanın davam etdiyi bir vaxtda belə bir filmin göstərilməsi isə çox açıq-aşkar bir addımdır.
Film general Vlasov barədə süjetlə başlayıb. Amma bu zaman xatırlanmayıb ki, 1945-ci ildə amerikanlar Vlasovu əsir alıblar və sovet tərəfinə təhvil veriblər. Bunun əvəzinə isə filmdə Vlasovun Nyu-York ştatındakı memorialı göstərilib”. Müəllif daha sonra şərh edir: “Memorial rus kilsəsi vasitəsilə ucaldılıb, amma bu barədə fakt da xatırlanmayıb”.
Müəllif onu da qeyd edir ki, “Satqınlığın biokimyası” filminin göstərilməsinə görə, rusiyalılar birbaşa efirdən buz üzərindəki oyunları müşahidə edə bilməyiblər. Halbuki amerikan cütlüyü bu yarışda qalib gəlib. Müəllif daha sonra kinayə ilə məqaləsini bitirir: “Onlar hansı sirli təxribatla məşğul olublar? Onlar rus bəstəkarının bəstəsi altında buz üzərində rəqs ediblər”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info