“The Wall Street Journal”: “Rusiya Ukraynaya yeni yardım təklifi edib”
Tarix: 18.02.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“Kremlin son təklifindən sonra koalision hökumət formalaşdırmaq çətin ki, mümkün olsun”

“Şərqlə Qərb arasında Ukraynada nüfuza sahib olmaq uğrunda mübarizə bazar ertəsi pik nöqtəsinə çatıb. Belə ki, Kreml çətin vəziyyətə düşən Kiyev hakimiyyətinə maliyyə yardımı barədə yeni bəyanatla çıxış edib”.
Bu barədə Alan Kullison və Ceyms Marson “The Wall Street Journal”dakı məqalələrində bildirirlər. Qeyd edilir ki, Moskva bu bəyanatı Almaniya kansleri Anqela Merkelin Ukrayna müxalifətinin liderləri ilə görüşü zamanı verib. Bu görüş isə ölkəni yenidən necə Avropaya yönləndirmək barəsində olub.
Rusiya maliyyə naziri bəyan edib ki, bu həftə Rusiya Ukraynanın avrobondlarını 2 milyard dollara əldə edəcək.
Qeyd edək ki, ötən bazar günü Ukraynada etirazçılar Kiyevdə və bir sıra regionlarda hökumət binasını boşaldıblar, həmçinin parlamentə gedən bağlanmış yolu qismən açıblar. Prokuratura bəyan edib ki, bu işlər amnistiya haqqında qanunun tətbiqini təmin edən şərtlərə uyğun şəkildə aparılır. Bununla belə, məqalə müəllifləri iddia edirlər ki, Rusiyanın yeni yardımla bağlı bəyanat verməsi bu nailiyyəti heçə endirə bilər: “Müxalifət burada yenə də Rusiya maneəsini görəcək”.
Ukraynada baş nazirliyə etibarlı namizəd isə Ukrayna Milli Bankının keçmiş başçısı Sergey Arbuzov hesab edilir. Hər halda, məqalə müəllifləri belə hesab edirlər. Arbuzov hazırda baş nazirin vəzifəsini icra edir. Məqalədə belə bildirilir: “O, dövlət idarəçiliyində məhdud təcrübəyə malikdir. Həmçinin xeyli dərəcədə Yanukoviçdən asılıdır”.
Müxalifət liderlərinin Çərşənbə axşamı günü səhər tezdən Kiyevin mərkəzində mitinq planlaşdırdıqları da deyilir. Belə ki, onlar Avropa hökuməti formalaşdırmaq tələbi edən etirazçıların parlamenti bloklaya biləcəyi barədə xəbərdarlıq ediblər.
“ABŞ və Avropanın Beynəlxalq Valyuta Fondu ilə Ukrayna üçün yardım paketi formalaşdırılması ilə bağlı danışıqlar apardıqları bir vaxtda, hər şeydən əvvəl istəyirlər ki, özündə müxalifət partiyalarını da ehtiva edən koalision hökumət yaradılsın”. Bu barədə fikirlərini bildirən məqalə müəllifləri hesab edirlər ki, Kremlin son təklifindən sonra belə bir hökumət formalaşdırmaq çətin ki, mümkün olsun”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır
18.09.2018
Suriyada Rusiyaya məxsus hərbi təyyarə itib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info