“Bacardığım qədər Azərbaycanla bağlı tədbirlərdə aktiv olmuşam”
Tarix: 18.02.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Xəzri Elxanoğlu: “Ukraynada yaşayan azərbaycanlıların
hər biri bacardığı qədər yüksək səylə çalışmalıdır”


Müsahibmiz Xəzri Elxanoğlu artıq altı ildir ki, daimi olaraq Ukraynada yaşayır. Azərbaycanda beynəlxalq jurnalistika ixtisası üzrə təhsilni başa vurub. Hazırda ikinci ixtisas üzrə Ukrayna Milli Aviasiya Universiteti, Beynəlxalq Əlaqələr İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə təhsil alır. Eyni zamanda Yeni Nəfəs Hərəkatının Ukrayna üzrə nümayəndəliyinin rəhbəridir.
- Ukraynadakı azərbaycanlı gənclər diaspor sahəsində aktivdirlərmi?
-Mən artıq Ukraynada dörd ildir ki, ictimai fəaliyyətlə məşğulam. Deyə bilərəm ki, orada yaşayan və təhsil alan gənclərimiz ictimai - siyasi fəaliyyətdə yetərincə aktiv olmağa çalışırlar. Təbii ki, passiv və laqeyd gənclərimiz də var. Ancaq savadlı, ağıllı və istedadlı gənclər daha çox üstünlük təşkil edir.
Ukrayna cəmiyyətinə inteqrasiya etmək üçün aktiv olmaq çox vacibdir.
- Ukraynadakı azərbaycanlı gənclərin həmrəyliyi necədir?
- Bildiyiniz kimi Ukraynada, dörd ilə yaxındır ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi yaradılıb və indi də fəaliyyət göstərir.
Yaxın dostum Anar Tahirovun sədr olduğu UAGB, orada yaradılmış ən öndə gedən Azərbaycan təşkilatlarından biridir. Demək olar ki, Ukraynada təhsil alan gənclərin əksəriyyətini öz ətrafında birləşdirib.
Formalaşdığı və fəaliyyətə başladığı gündən sıralarında olduğum UAGB -nın qarşısına qoyduğu əsas məqsəd azərbaycanlı gənclərə hər mənada dəstək vermək, təhsil aldıqları müddətdə yaranan çətinliklərdə onlara yardım etməkdir.
UAGB -nın Ukraynanın hər bir vilayətində regional təşkilatları fəaliyyət göstərməkdədir. Bundan əlavə tanınmış və qabaqcıl Ukrayna universitetlərində də, koordinatorlar fəaliyyət göstərməkdədir. Təşkilat daxilində bir neçə sahə üzrə departamentlər yaradılıb.
Biz onlar vasitəsi ilə təhsil alan gənclərin problemləri ilə maraqlanır, təhsil aldığı universitetdə və ya yaşadıqları vilayətlərdə Azərbaycanla bağlı tədbirlərdə daha aktiv iştirak etmələrini asanlaşdırırıq. Lakin bir sıra çatışmazlıqlar da, az deyil. Bizim hər zaman güclü və yüksək keyfiyyətli gənclərə ehtiyacımız var. Ancaq inanırıq ki, hər şey daha yaxşı olacaq.
- Siz, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Xaricdə yaşayan azərbaycanlı gənc olaraq, mənim həmişə böyük arzum olub ki, Ukraynada Vətənimizin adını daha da yüksəklərə qaldırım. İstər təhsil aldığım universitetdə, istərsə də ukraynalı dostlarımla münasibətdə çalışmışam ki, bacardığım qədər səhvsiz olum. Çünki bilirəm ki, edəcəyim hər hərəkət tək mənim yox, bütün Azərbaycan xalqının adına yazılır. Bacardığım qədər Azərbaycanla bağlı tədbirlərdə aktiv olmuşam. Məsələn, keçən il təhsil aldığım NAU Beynəlxalq Əlaqələr İnstitutunda kiçik də olsa Novruz bayramını təşkil edərək institutumuzun əksər müəllim və tələbə kollektivini də dəvət etmişəm. Mənə elə gəlir ki, onlara Novruz bayramı və Azərbaycanın milli adət - ənənələri haqqındakı verdiyim məlumatlar maraqlı oldu. Şənlikdən sonra institutun rektoru və müəllimlər növbəti il Novruz bayramını institut səviyyəsində keçirmək istəyində olduqlarını dedilər. Bu, azərbaycanlı gənc tələbə kimi mənim üçün çox qürurverici idi.
- Sizcə, Ukraynadakı diasporumuzu güclü hesab etmək olarmı?
- Bu gün Ukraynada Azərbaycan adına fəaliyyət göstərən bir neçə diaspor var. Ancaq ümumilikdə diasporlarımızın fəaliyyəti qənaətbəxş deyil. Çünki onlar bütöv yox, parçalanmış halda fəaliyyət göstərirlər. Diasporumuzda olan bu parçalanma isə Ukraynada yaşayan soydaşlarımız və eləcə də dövlətimiz üçün müsbət hal deyil. Yaxşı olardı ki, diasporlarımız birləşsin və birgə fəaliyyət göstərsinlər. Məlumdur ki, onlar eyni istək, amal uğrunda çalışmaqdadırlar.
Mən düşünürəm ki, diasporumuzun yüksək səviyyədə olması üçün Ukraynada yaşayan azərbaycanlıların hər biri bacardığı qədər yüksək səylə çalışmalıdır. Bugünkü reallıqdan çıxış edərək, bir gənc olaraq onu təklif etmək istərdim ki, ən azından Ukraynada güclü diaspor olmasını istəyiriksə, diaspor sahəsində təcrübəsi olan savadlı və istedadlı ziyalılarımızı və eləcə də fəal gənclərimizi bu işə cəlb etmək lazımdır. Onların və səfirliyimizin köməkliyi ilə əlaqələndirmə şurası formalaşdırılmalı və qəbul edilən qərarlar və görülən işlər daha da təkmilləşdirilmiş olmalıdır.
Bax, onda diasporumuzu güclü hesab edə bilərəm.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Ukraynada yaradılmış hər bir Azərbaycan təşkilat və diasporları ilə çox yaxşı əlaqəm var. Yuxarıda qeyd etdiyim kimi, Ukraynadakı diasporlarımızın hamısı Azərbaycanın müsbət mənada təbliğatı üçün fəaliyyət göstərir. Mən təkcə diasporlarla yox, həmçinin Ukraynada yaşayan milli fikirli və vətənsevər ziyalılarla da əlaqələr saxlayıram.
- Gələcək üçün hansı planlarınız var?
- Gələcəklə bağlı bir neçə planım var. İlk öncə istəyirəm ki, təhsilimi daha yüksək səviyyədə davam etdirim. Məqsədim təhsil aldığım sahədə daha savadlı olaraq, yüksək nailiyyətlər əldə etməkdir. İctimai və siyasi fəaliyyətimi də geniş şəkildə istər Vətənimdə, istərsə də Ukraynada yüksək formada davam etdirmək fikrim var. Bu gün Azərbaycanda fəaliyyətə başlayan Yeni Nəfəs Hərəkatı da elə bununla bağlıdır. Hərəkatımızın əsas yaranma məqsədi, Azərbaycanda və onun hüdudlarından kənarda geniş və aktiv şəkildə dövlətimizə xarici və daxili siyasətdə dəstək olmaqdır. Bundan əlavə Yeni Nəfəs Hərəkatının məramnaməsində qeyd edildiyi kimi, insanların düşüncəsində oyanış etmək, milli mənafeyə xidmət etmək, siyasi, dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi ümumi milli maraq ətrafında birləşdirmək bizim əsas məqsədimizdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info