Almaniya kanslerindən yeni təklif
Tarix: 18.02.2014 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Uzun müddət ABŞ kəşfiyyat agentlikləri tərəfindən telefon danışıqlarının dinlənildiyi məlum olandan sonra, alman kansleri Angela Merkel özünü müdafiə üçün yeni təkliflə çıxış edib. NSA-nın gizli əməliyyatlar qurbanına çevrilən təcrübəli xanım Avropa ölkələrinin rabitə şəbəkəsinin yaradılması təklifini irəli sürüb. O, eyni zamanda, e-poçt və digər məlumatların ABŞ server vasitələrindən istifadə etmədən göndərilməsini təklif edib.
O, bu məsələni yaxın günlərdə Parisdə Fransa prezidenti Fransua Ollandla da müzakirə edəcəyini nəzərdə tutur: “İlk növbədə, biz Avropa vətəndaşlarının təhlükəsizliyinə təminat verən provayderlər haqqında danışacağıq. Eyni zamanda, e-poçt və digər məlumatları Atlantik dənizi üzərindən göndərərkən ABŞ serverlərindən, mümkün qədər istifadə etməməyə çağırış edəcəyik” deyən Merkel bununla yanaşı, Amerikanı “şəxsi məlumatların qorunmasında aşağı səviyyəli bir ölkə” kimi xarakterizə edib.
Qeyd edək ki, Fransa alman kanslerinin bu qeyri-rəsmi çağırışına müsbət cavab verib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info