İqtisadiyyatın qeyri-neft sektoru 8 faiz artıb
Tarix: 18.02.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Yanvar ayının yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 4,4 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda deyilir.
Hesabata görə, yanvar ayı ərzində əhalinin hər nəfərinə 465,6 manatlıq (593,6 ABŞ dolları) əlavə dəyər istehsal olunub. Göstərilən dövrdə ÜDM-in 60,4 faizi istehsal sahələrində formalaşıb ki, bunun 50,1 faizi sənayedə, 7,8 faizi tikinti kompleksində, 2,5 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında istehsal edilib. ÜDM-in 39,6 faizi xidmət sektorunda yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.
Xidmət sektorunda ÜDM-in 7,8 faizi nəqliyyat vasitələrinin ticarəti və təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,1 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və kommunikasiya xidmətləri, 15,6 faiz sosial və xidmət sahələrinin payına düşür.
Hesabatda deyilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektoru 7,7 faiz artıb və ümumi daxili məhsulda onun payı 53,8 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi altı faiz azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında tikintidə əlavə dəyər istehsalı 18,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 15,7 faiz, nəqliyyat vasitələrinin ticarəti və təmiri 9,3 faiz, informasiya və kommunikasiya xidmətləri 3,6 faiz, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 3,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,5 faiz, sosial və xidmət sahələrində 3,6 faiz təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info