Kiyevdə baş verən toqquşmalarda 3 nəfər ölüb
Tarix: 18.02.2014 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Ukraynanın paytaxtı Kiyev şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb.
“Ukrainskaya pravda”nın məlumatına görə, bunu “Batkivşina” Partiyasının deputatı Lesya Orobets özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Zabitlər Evinin tibbi məntəqəsində 3 nəfərin meyiti var, 7 yaralı isə ölüm ayağındadır. Orobets yaralıların ilk tibbi yardım ala bilmədikləri üçün öldüklərini söyləyib: “Təcili yardım maşınlarının bura girib-çıxmasına imkan verilmir. Vaxtında tibbi yardım ala bilməyən insanlar ölür...” Qeyd edək ki, dünən səhər Kiyevin Mariinsk parkında və Qruşevsk küçəsində Ali Radanın binasına doğru yürüş edən nümayişçilərlə “Berkut” xüsusi təyinatlıları arasında toqquşmalar olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silahdan istifadə etdikləri bildirilir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info