“Qarabağ problemi region və dünya ölkələrinin təhlükəsizliyi üçün təhdiddir”
Tarix: 18.02.2014 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“Qarabağ problemi həm region, həm də digər dünya ölkələrinin təhlükəsizliyi üçün təhdiddir”. Bunu Milli Məclisin sədri Oqtay Əsədov İranın paytaxtı Tehran şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 9-cu sessiyasında çıxışı zamanı bildirib. O. Əsədov deyib ki, Azərbaycan hökuməti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İƏT Parlament İttifaqının inkişafına böyük əhəmiyyət verir:
“Əgər dövlət və ya cəmiyyət mənəvi eybəcərliyə müqavimət göstərə bilmirsə, davamlı sabitlik mümkün deyil. Müasir dövrdə çoxsaylı problemləri təkbaşına həll etmək iqtidarında olmadığımızın şahidiyik. Ona görə də bütün müsəlman ölkələrinin birgə hərəkət etməsi lazımdır”. Parlament sədri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də danışıb: “İslam Əməkdaşlıq Təşkilatı 2008-ci ildə Azərbaycanın mövqeyinin dəstəklənməsində təsirli rol oynayıb. BMT məhz İslam ölkələrinin dəstəyi ilə Azərbaycanda münaqişəli vəziyyətin həllinə dair qətnamə qəbul edib”. Sonda O. Əsədov Azərbaycan dövlətinin mövqeyini dəstəklədiyinə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edib. Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu qəbul edib. Tehranın Səədabad sarayında keçirilmiş görüşdə İranla Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info