“Azərbaycan daim Şərq ilə Qərbi birləşdirən körpü rolunu oynayıb”
Tarix: 18.02.2014 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində növbəti görüş təşkil edilib.
Komitədən verilən məlumata görə, görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi ilə Yunanıstanın sabiq xarici işlər naziri, deputat, Avropa Şurasının siyasi məsələlər və demokratiya komitəsinin sədri xanım Dora Bakoyannis arasında keçirilib. Dora Bakoyannis görüşdə deyib: “Biz daxilən müştərək cəmiyyətə çevrilməliyik, ən önəmlisi isə müştərək regional və beynəlxalq dəyərləri, maraqları təbliğ etməliyik. Dünya qarşılıqlı əlaqəyə əsaslanır və biz ümumi dəyərlərin qorunması üçün səy göstərməliyik”. D.Bakoyannis bildirib ki, Azərbaycan daim Şərq ilə Qərbi birləşdirən körpü rolunu oynayıb və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu əhəmiyyətli rolun möhkəmləndirilməsi və təbliği istiqamətində vacib rola malik ola bilər. Artıq təxirəsalınmaz işlərin həyata keçirilməsinin tam vaxtıdır. Azərbaycan-Yunanıstan münasibətlərinə toxunan Dora Bakoyannis əlavə edib ki, Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısının keçirilməsi ölkələrimiz arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə, nəinki enerji resursları, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən mədəniyyətlərarası dialoq və digər humanitar sahələrdə birgə fəaliyyətin inkişafına təkan verəcək.
Fevralın 19-21-də Afinada keçiriləcək II Ali Hazırlıq Toplantısında Latviyanın sabiq Prezidenti, Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və digər tanınmış şəxslərin iştirakı planlaşdırılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info