Azərbaycanın kənd təsərrüfatı naziri İsraildə bir sıra görüşlər keçirib
Tarix: 19.02.2014 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Səfərdə məqsəd kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etməkdir.
Səfər çərçivəsində nazir Heydər Əsədov İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyində görüş keçirib. Görüşdə İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik, tənzimləmə, kooperativlər, idarəetmə sistemi, aqrar sahəyə dövlət dəstəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra nazir Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəz (CİNADCO) ilə tanış olub. Mərkəzdə Azərbaycanın kənd təsərrüfatı mütəxəssislərinin CİNADCO tərəfindən təşkil olunan təlim kurslarında iştirakı, eləcə də ölkəmizin aqrar sahəsindəki prioritetləri üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Daha sonra Heydər Əsədov İsrail - Azərbaycan Ticarət və Sənaye Palatasını və İsrailin aqrar sənaye sahəsini təmsil edən nümayəndələr ilə görüşərək aqrar sahədə investisiya qoyuluşu barədə fikir mübadiləsi aparıb.
Fevralın 19-da nazir Heydər Əsədovun İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşü nəzərdə tutulur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info