Neftlə çirklənmiş torpaqların texniki-iqtisadi əsaslandırılması həyata keçirilir
Tarix: 19.02.2014 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Belçika Krallığının “Ecorem” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
QSC-dən bildiriblər ki, görüşdə çıxış edən Cəmiyyətin baş direktorunun müavini Məzahir Hüseynov qurumun xarici əlaqələrinin genişləndirilməsi, nanotexnologiyaların və yeni texnologiyaların əldə olunması istiqamətində daim axtarışda olduğunu vurğulayıb.
Sonra “Ecorem” şirkətinin layihələr üzrə meneceri, doktor Marjorif Pivin təmsil etdiyi qurumun məsləhətçi şirkət olmaqdan əlavə, neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində də bir sıra ekoloji layihələr həyata keçirdiyini vurğulayıb.
Bildirilibki, “Ecorem” şirkəti 2013-cü ildən etibarən ARDNŞ ilə əməkdaşlıq əlaqələrinə başlayıb. ARDNŞ ilə imzalanmış müqaviləyə əsasən, Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların texniki-iqtisadi əsaslandırılması layihəsi “Ecorem” şirkətinə həvalə edilib. Hazırda bu layihə üzrə işlər uğurla davam etdirilir.
Sonra qonaqlar ayrı-ayrı ölkələrdə həyata keçirdikləri ekoloji layihələrin elektron məlumatlarını görüş iştirakçılarına təqdim ediblər.
Təqdimatla əlaqədar geniş müzakirələr aparılmış, gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması üçün qarşılıqlı araşdırmalar aparılması, görüşlərin və müzakirələrin davam etdirilməsi qərara alınıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info